Pakistanın keçmiş baş naziri İmran Xan islami nikah qaydalarını pozmaqda ittiham edilərək məhkəməyə çağırılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə “Express News” kanalı məlumat yayıb. İmran Xanın "qeyri-islami evliliyi" ilə bağlı yeni məhkəmə prosesi siyasətçiyə qarşı 150 müxtəlif ittihamla - küfrdən terrora qədər qaldırılan cinayət işlərinin uzun siyahısında sonuncu olacaq.
Dələduzluqda ittiham olunaraq üç il həbs cəzası çəkən Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı (JM) partiyasının lideri İmran Xan üçüncü arvadı Büşra Bibi ilə evlənərək İslam normalarını pozduğu iddiası ilə sentyabrın 25-də məhkəmə qarşısına çıxmalıdır.
Büşra Bibi özü məhkəməyə gəlməlidir. Gözlənilir ki, məhkəmə iclasında Xanın üçüncü arvadı ilə evlənməsi, müsəlman qadının ərinin ölümündən sonra başlayan və ya İslam qanunları ilə müəyyən edilmiş məcburi subaylıq müddəti olan “iddat” vaxtını boşanır və yenisinə girənə qədər davam edir - pozmaqda ittiham ediləcəyi gözlənilir.
Büşra Bibi ilk əri, gömrük məmuru Hava Manekardan 30 illik evliliyindən sonra 2018-ci ildə boşanıb. O, 2018-ci ilin avqustunda hökumət başçısı seçilməzdən altı ay əvvəl İmran Xanla evlənib. Əvvəlki evliliyindən üç yetkin qızı və iki oğlu var.