Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

14:40 - 19 Sentyabr 2023 - DÜNYA

Hazırda Rusiya Federasiyası Qarabağdakı vəziyyətlə, o cümlədən Azərbaycanla təmaslar aparır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan tərəfi ilə təmaslardan sonra bəyanat dərc edəcək" -Zaxarova bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Xəbər xətti