Bayden İraqın baş nazirini Ağ Evə dəvət edib

11:58 - 19 Sentyabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken Nyu Yorkda İraq hökumətinin başçısı Məhəmməd əl-Sudani ilə görüşü zamanı ona ABŞ prezidenti Co Baydenin Ağ Evə rəsmi dəvətini çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

"Dövlət katibi Antoni Blinken Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüşüb. Tərəflər iki dövlət arasında tərəfdaşlığın, eləcə də ABŞ-ın prinsiplərinin daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Dövlət Departamentinin rəhbəri baş nazirə prezident Baydenin yaxın vaxtlarda Ağ Evə səfər etmək dəvətini çatdırıb”, – Amerikanın xarici siyasət departamenti qeyd edib.

Xəbər xətti