Ana səhifə
21 İyun 2018

Qurban Qurbanov həbs olunub

Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsinin yaydığı məlumata görə Dərbəndin azərbaycanlı icra hakimi Qurban Qurbanov həbs olunub. APA-nın Rusiya bürosunun xəbərinə əsasən, məlumatda bildirilib ki, bu ilin sentyabrın 16-da Qurban Qurbanova qarşı İstintaq Komitəsinin İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

Hazırda cinayət işi ilə bağlı kompleks istintaq tədbirləri görülür və Qurban Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsi müzakirə olunur

Tarix
3 Oktyabr 2014 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin