Ana səhifə
16 Fevral 2019

“Ağ babanın nağılı”nın premyerası oldu - FOTO

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı səhnə əsəri balaca teatrsevərlərin ixtiyarına verilib.

 

 

 

Məşhur Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

 

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.

 

Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Respublikanın Əməkdar artisti Anar Hüseynlidir.

 

Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

 

Komik epizodlar fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar bəxş edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

 

 

 

Tarix
26 May 2015 [17:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin