Ana səhifə
20 Sentyabr 2018

İran yasa batdı

Oktyabrın 21-də tanınmış din xadimi, İran İslam Respublikasının Xübrəqan (Ali Dini Şura) Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni 83 yaşında ürək tutmasından vəfat edib. Ucnoqta.az xəbər verir ki, bununla əlaqədar İranda iki günlük matəm elan olunub.
 

Ayətullah Məhəmmədrza Məhdəvi Kəni İran İslam İnqilabından sonra ölkədə bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2011-ci ildə Əli Əkbər Haşimi Rəfsəncaninin Xübrəqan Məclisinin sədrliyindən istefa verdikdən sonra bu vəzifəyə seçilmişdi.
Xübrəqan Məclisi İranın mühüm hakimiyyət orqanlarından biridir. Bu qurumun səlahiyyətlərinə İranın Ali Rəhbərinin fəaliyyətinə nəzarət etmək, Ali Rəhbəri seçmək və onu vəzifədən uzaqlaşdırmaq daxildir.

Tarix
21 Oktyabr 2014 [17:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin