Azərbaycanlı qadın hərbçi BMT-dən medal alıb - FOTO

07:30 - 15 Sentyabr 2023 - Xəbər

Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə təşkilat tərəfindən təltif olunub.

 Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi "X" hesabında paylaşım edilib.

“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.

Xəbər xətti