Ana səhifə
24 Sentyabr 2018

Azərbaycanlı evini ona vəsiyyət edən rus qadını niyə öldürdü?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1949-cu il təvəllüdlü Şərbət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Ucnoqta.az”  xəbər verir ki, saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mahmud Ağalarov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.

Xatırladaq ki, Şərbət Məmmədov Bakı şəhəri, Neapol küçəsi-21 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri vuraraq xüsusi amansızlıqla qətlə yetirib.

Ş.Məmmədov istintaqa verdiyi ifadəsində bildirib ki, İrayida Skoroboqatova uzun müddət Məmmədovlar ailəsinin himayəsində yaşayıb. O, ömrünün sonunda mənzilini Məmmədovlar ailəsinə verəcəyini vəsiyyət edib. Lakin söhbət zamanı Şərbət Məmmədov düşünüb ki, qadın mənzili başqa birisinə vermək fikrindədir. Bu səbəbdən əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, əslində İrayida Skoroboqatova mənzilini Məmmədovlar ailəsinə vəsiyyət edib.(Virtualaz.org)

 

Tarix
21 Oktyabr 2014 [21:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin