Ana səhifə
19 Sentyabr 2018

Sərkisyana qarşı çıxan deputat Azərbaycandan pul almaqda ittiham edildi

Ermənistan parlamentinin iclasında qalmaqal baş verib.

 

Ucnoqta.az” xəbər verir ki,  xəbər verir ki, oktyabrın 20-də keçirilən iclas zamanı müxalifətdən olan deputatlar Zaruhi Postancyan və Nikol Paşinyan 2008-ci il, martın 1-də İrəvanda nümayişçilərin güllələnməsinə görə Sərkisyan rejimini kəskin tənqid ediblər.

Bu hadisələrin hələ də yetərincə araşdırılmadığını və günahkarların cəzalandırılmadığını deyən Z.Postancyan “xalq məhkəməsi” adından Serj Sərkisyan barədə “ömrülük həbs” qərarını elan etmək istəyib. Ancaq hakim partiyadan vitse-spiker Eduard Şarmazanov onun mikrofonunu söndürüb.

Ermənistan parlamentinin bugünkü iclasında isə hakim Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan çıxış edərək Paşinyanın və Postancyanın dünənki çıxışlarına münasibət bildirib.

V.Baqdasaryan onların çıxışından “Azərbaycanın neft dollarlarının iyinin gəldiyini” deyib. Onun sözlərinə görə, hər dəfə prezidentlərin Qarabağ görüşü ərəfəsində Ermənistanda hakimiyyətin ünvanına belə çıxışlar səslənir və bu da təsadüfi deyil.

“Dünən bu parlamentin tribunası Azərbaycana və Türkiyəyə dezinformasiya ötürmək üçün istifadə olundu. Düşmən ölkəyə saxta materiallar toplamağa imkan verən bəyanatlar yayıldı. Mənə məlumdur ki, bəzi adamlar okeanın o tayından pul alırlar və bu pullarla həm ailələrini saxlayır, həm də sifariş yerinə yetirirlər. Son vaxtlar parlamentdə dövlətə xəyanət sırasından olan çıxışlar səslənir. Bu çıxışların bəzilərindən Azərbaycanın neft dollarlarının iyi gəlir” - deyə hakim partiyanın fraksiya rəhbəri bildirib.

V.Baqdasaryanın çıxışında yerlərindən Paşinyan və Postancyan etiraz ediblər. Lakin onların nə dediklərini səs-küydən yaxşı eşitmək mümkün olmayıb. Bununla belə Paşinyan hakim partiyanın fraksiya rəhbərinə “bu iy məhz sənin çıxışından gəlir” deyə bildirib.

Postancyan isə Baqdasaryanın dediklərini “iftira” adlandırıb və deyib ki, o, sözlərini məhkəmədə sübut etməlidir.

Spiker Qalust Saakyan isə zaldakı səs-küyü sakitləşdirməyə çalışaraq Baqdasaryana diqqətlə qulaq asmağa çağırıb. Baqdasaryan isə çıxışına davam edərək deyib ki, o, heç kimin adını çəkmədi, ancaq göründüyü kimi, sözü özünə götürən adamlar var.

“Deməli, mənim sözlərimdə həqiqət var” - o bildirib.

Ermənistanda hakimiyyət ilk dəfədir ki, müxalifəti bu cür birbaşa formada “Azərbaycandan pul almaqda” ittiham edir.(Virtualaz.org)

 

Tarix
21 Oktyabr 2014 [17:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin