Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan etno-cazı ilk dəfə Norveçdə - FOTOLAR

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu mayın 21-23-dək Norveçin paytaxtı Oslo şəhərində konsert proqramı ilə çıxış edib.

 

 

 

Layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilati Milli Şurasının dəstəyi ilə həyata keçirilib. Oslo Meriyasinin türk əsilli deputati Gulay Kutal Jazz konsertini açıq elan edərək bildirib ki, bu cür səviyyəli mədəniyyət layihələri Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, dünya mədəniyyətinin sərhədlər tanımadığını sübut edərək, xalqlar arasında dostluğun güclənməsinə xidmət etməkdədir. Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşən konsertdə "Cəngi" caz qrupu etno-caz layihəsi ilə maraqlı musiqi proqramı təqdim edib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifalari ilə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. İlk dəfə olaraq Azərbaycan etno cazını "Cəngi" qrupu Norveçdə səsləndirib. Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib. Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən, Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramların musiqimizi Skandinaviyada təbliğ etməklə yanaşı, Norveçdə yaşayan azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını sübut edir: “Bu layihə Azərbaycan etno-cazına Skandinaviyada tələbat olduğunu göstərdi”.

Tarix
26 May 2015 [12:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin