Ana səhifə
19 Sentyabr 2018

Seçicilər səs verməyə avtobusla gətiriləcək

Ucnoqta.azbildirir ki, rayonlarda seçicilərin seçki məntəqəsinə gətirilməsi üçün avtobuslar ayrılacaq. Apa-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.


M. Pənahov bildirib ki, burada sui-istifadə hallarına yol verilməməsi əsasdır: “Əslində seçicinin məntəqələrə gəlməsinin təşkil edilməsi aidiyyəti orqanların və seçki komissiyalarının vəzifələridir. Nəzərə almalıyıq ki, uzaqda yerləşən kəndlər, yaşayış məntəqələri var, həm də bələdiyyə seçkiləri qışda keçiriləcək. Sadəcə, müvafiq orqanlar öz səlahiyyətləri daxilində fəaliyyətlərini həyata keçirməlidirlər. Biz seçki yaxınlaşanda xahiş edəcəyik ki, şəhərlərdə marşrut avtobusları seçki məntəqələrinin yanından keçib getsinlər. Rayonlarda isə seçki məntəqələri yaşayış məntəqəsindən uzaqdırsa, avtobus ayrılacaq. Burada qəbahət heç nə yoxdur, bir şərtlə ki, namizədlərin hansınınsa hüquqlarını pozacaq şəkildə həyata keçirilməsin”.

 

Tarix
21 Oktyabr 2014 [17:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin