Ana səhifə
18 Sentyabr 2018

«Hamısı o təhqirə görə üzr istəyəcək»

Mehriban Xanlarova: «Müğənnilərə məşhurluq gətirdim»

 

 

 

Əməkdar artist Mehriban Xanlarova “Günə baxan” verilişinin qonağı olub. Aktrisa “Maşın” realiti-şousundakı iştirakından, tanınmışların onun ünvanına dediyi sözlərdən danışıb. O, müğənni Xatirə İslamın onun ünvanına dediyi “Sən də Amaliya Pənahova, Məleykə Əsədova kimi baş rolda oynayaydın, maşının olardı” sözlərinə münasibət bildirib: “Maşının ətrafında olanlar Xanlarovanı çox böyütdülər. Çünki güclü idim. Aktyor yoldaşım çıxıb, “Ovçu Pirim” deyə-deyə gülləni mənə tərəf tuşlamışdı. Oyunun «şah damarı» mən idim. Müğənnilərə məşhurluq gətirdim. Xatirə bu sözləri deməməliydi. O, kimlərəsə yaltaqlandı. Xatirənin başı toylara o qədər qarışıb ki, mənim yaradıcılığımdan xəbəri yoxdur. Universitetdə oxumaya-oxumaya Moskva film studiyasının təsdiqi ilə baş rola çəkilmişəm. Şouda olduğum müddətdə ünvanıma xoşagəlməz sözlər deyənlərin hər birinin cavabını verəcəm. Kərim Abbasov, Tolik və Səidə Sultan haqqımda danışıb. Hamısı o təhqirə görə üzr istəyəcək. Əks halda məhkəməyə verəcəm. Səidə sən kim, mən kim? Hamısına xəbər göndərmişəm. Əsas savaşım isə Kərimlədir”.
Qeyd edək ki, S.Sultan aktrisanın ünvanına “Mehriban xanımın bir rolu yadımdadır. O da əxlaqsız qadın obrazıdır. Onun elə davranışı qarşısında Aygün Kazımova kimi sakit dura bilməzdim. Belə insanlar həyatda heç nəyə nail olmayan, yarımayan insanlardır” sözlərini demişdi.
Müğənni Kərim Abbasov da sosial şəbəkədə Mehriban Xanlarovanın ünvanına təhqiramiz sözlər yazmışdı.

 

Tarix
25 May 2015 [18:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin