Ana səhifə
19 Noyabr 2018

«Şou xarakterli verilişlərlə bağlı haqlı narazılıqlar var»

Nuşirəvan Məhərrəmli: «Televiziya və radio kanallarında nöqsanlar daha çox reklamla və sponsorlarla bağlıdır»

 

 

Azərbaycanda televiziya və radio kanallarında olan nöqsanlar daha çox reklamla və sponsorlarla bağlıdır. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, bu nöqsanlar da televiziya kanallarının rəhbərlərinin diqqətinə çatdırılır: “Bəzən televiziya kanalları həmin nöqsanları aradan qaldırıb yenidən edirlər. Ona görə də biz daim televiziya kanalları ilə işləyirik. Hal-hazırda televiziya və radio kanallarında ciddi qanun pozuntuları yoxdur”.

MTRŞ sədri əlavə edib ki, televiziya kanallarında şou xarakterli verilişlərlə bağlı ictimaiyyətin haqlı narazılıqları var: “Biz də onlara qoşuluruq və bu barədə dəfələrlə demişik. Bilirsiniz ki, özəl kanalların fəaliyyəti daha çox reklam üzərində qurulur. Ona görə də onlar daim çalışırlar ki, daha çox gəlir əldə etmək üçün bu tip verilişlərə üstünlük versinlər”.

N.Məhərrəmli qeyd edib ki, ancaq əgər reklam haqqında qanunvericilik kobud şəkildə pozulursa, təbii ki, o zaman Milli Televiziya və Radio Şurası onlara qarşı ciddi tədbir görür: “Yox əgər reklam haqqında qanunvericiliyin pozuntusu nisbətən az olursa, o zaman məsələ danışıq yolu ilə həll olunur. Təsəvvür edin, reklam haqqında qanunvericiliyin pozuntusu yarım dəqiqə, bir dəqiqə və yaxud 5 dəqiqə ərzində olur. Bunlar fərqlidir. Bəzən biz televiziya və radio kanallarına bu barədə şifahi məlumat veririk, onlar da bunun üzərində işləyirlər. Amma bir də baxırsan ki, bir aydan sonra həmin qanun pozuntusu yendən baş verir. Və onda biz lazımi tədbirlər görürük”.

 

Samir

Tarix
21 Oktyabr 2014 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin