Ana səhifə
22 Sentyabr 2018

Şabranda güclü sosial-iqtisadi potensial formalaşıb

Əhalinin pul gəlirləri 3,1 faiz artıb

 

 

 

Azərbaycan, uğurla həyata kesçirilən inkişaf strategiyası nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən dövlətə çevrilib. Ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Uğurlar isə iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, dünyada mövqeyimizin möhkəmlənməsinə səbəb olur. Bu uğurların əldə olunmasında Şabran rayonunun da payı var. Rayonun somial-iqtisadi göstəriciləri hər il artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramldarı çərçivəsində görülən işlər Şabran rayonun simasını dəyişib. Şabran rayonu sosial-iqtisadi inkişafa görə bu gün ən inkişaf etmiş bölgələrlə bir sıradadır. Bunu, 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarından görmək olur. Rayonda sosial-iqtisadi və mədəni quruculuq sahəsində inkişaf davam edib, rayon mərkəzi, kəndlər xeyli abadlaşıb, sosial əhəmiyyətli bir çox vacib məsələlər öz həllini tapıb. 2014-cü ildə Şabran rayonunda 18,4 milyon manat həcmində tikinti-quruculuq işləri aparılıb. Bunun sayəsində rayon mərkəzi, kəndlər xeyli abadlaşıb, sosial əhəmiyyətli bir çox vacib məsələlər öz həllini tapıb. Şəhərdaxili yolların çəkilişi, küçələrin işıqlandırılması diqqət mərkəzində olub.Şəhərin cənub girişində rayonun tarixi keçmişini əks etdirən “Loqo” abidəsinin və şəhərin şimal girişində qapının tikintisi başa çatıb. Ağalıq kəndində 12 mənzilli 2 mərtəbəli yeni yaşayış binası tikilib sakinlərin istifadəsinə verilib. Rayonun daxili imkanları hesabına “Uşaq Gənclər İstirahət və Əyləncə kompleksi”nin tikintisinə başlanmış, işlər davam edir. Şübhəsiz, bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun çox böyük uğurla davam etdirilməsi nəticəsində mümkün olub., sosial əhəmiyyətli bir çox vacib məsələlər öz həllini tapıb.

 “Qəhrəmanlar seyrəngahı”nın Şəhidlər xiyabanı tikintisinin əsas hissəsi başa çatdırılmışdır. Həmin ərazidə 1400 kvadratmetr dekorativ daş, 370 kvadratmetr mişar daşından divar hörülərək üzlük çəkilib, 85 şəhidin mərmər üzərində şəkli əks etdirilib, iki milli qəhrəmanın büstü üçün təməl qoyulub, bulaq kompleksi tikilmiş və ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, mindən çox ağac əkilib. Şəhərdə piyadalar üçün 1,9 kilometr yeni yol salınıb, yeni salınmış səkilərə  4,2 min kvadratmetr, park və meydanlara isə 1,4 min kvadratmetr dekorativ üzlük daş döşənib. Şəhərin park, meydan və seyrəngahlarında 6,9 kilometr uzunluğunda müasir işıqlandırma sistemi quraşdırılıb.

Sahibkarlar tərəfindən Padar kəndi ərazisində yeni özəl asfalt-beton zavodu tikilib istifadəyə verilib, “Qalaaltı Hotel SPA” mərkəzinin, “Əlincə” futbol klubu üçün təlim məşq düşərgəsinin, Şabran şəhərində məişət xidməti və ticarət mərkəzinin tikintisi davam etdirilib. Bütövlükdə 2014-cü ildə rayonda 18,4 milyon manat həcmində tikinti-quruculuq işləri aparılıb ki, bu da 5 il əvvəlkindən 7 milyon manat və ya 40 faiz, 10 il əvvəlkindən isə 18 dəfə çoxdur. 2014-cü hesabat ilində məhsul buraxılışının ümumi həcmi 158,2 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 7,9 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı isə 83,1 milyon manat olub. Ötən 10 ildə rayonda məhsul buraxılışının həcmi 4,8 dəfə, sənaye məhsulu istehsalı 36 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 4 dəfədən çox artıb. Buna mütənasib olaraq, 2014-cü  ildə əhalinin pul gəlirləri də 3,1 faiz artaraq 109,6 milyon manat, adambaşına düşən pul gəlirləri 1 faiz artaraq 1949 manat, orta aylıq əmək haqqı 19,3 faiz artaraq  355, manata  çatıb.  10 il bundan əvvəl isə orta aylıq əməkhaqqı 62 manat olub.

Rayonun emal müəssisələrində 18,4 min ton un və kəpək, özəl quşçuluq təsərrüfatlarında 17,9 min ton quş əti istehsal olunub. Rayonda istehsal olunan sənaye məhsulunun 84,8 faizi, kənd təsərrüfatı məhsullarının 99,8 faizi özəl sektorun payına düşür ki, bu da sahibkarlığın necə inkişaf etdiyini göstərən əyani misaldır. 2014-cü ildə 1113 yeni iş yeri açılıb ki, onlardan 978-i daimi iş yerləridir. Bu əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. Ümumiyyətlə, son 11 ildə 8304 yeni iş yeri açılıb ki, onun da  4998-i daimidir.

Regionların sosial-iqtisadi inkişaf strategiyası sayəsində ötən 10 ildə rayonun sənaye məhsulu istehsalı 36 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 4 dəfə, tikinti quraşdırma işlərinin həcmi 18 dəfə, ümumilikdə məhsul buraxılışının həcmi  isə 4,8 dəfə artıb. Nəticədə Şabran rayonu sosial-iqtisadi inkişafa görə bu gün tərəqqi etmiş bölgələrlə bir sırada qərarlaşıb. 2015-ci il üçün rayon büdcəsinin yerli gəlirləri 4 milyon 732 min manat, yerli xərcləri 12 milyon 136 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün dotasiya 7 milyon 446 min manat proqnozlaşdırılıb.

Son illərdə rayonumuzda meyvəçilik, üzümçülük sürətlə inkişaf edir. Ötən 10 ildə meyvə bağları 3 dəfə artaraq sahəsi 1752 hektara, meyvə istehsalı 6 dəfə artaraq 4333 tona, üzüm bağları 11 dəfə artaraq sahəsi 388 hektara, üzüm istehsalı on dəfədən artaraq 977 tona çatıb. Məhsuldarlıq üçün çətin olan yola saldığımız 2014-cü ildə rayonda 25,8 min ton taxıl istehsal edilib. Rayonun fermer təsərrüfatlarında 23 min 858 baş iri buynuzlu, 47 min 598 baş xırda buynuzlu mal-qara vardır. Ət istehsalı 721 ton artaraq 19,8 min tona, süd istehsalı 2,4 min ton artaraq 15,4 min tona, yumurta istehsalı 470 min ədəd artaraq 22 milyon 38 min ədədə çatıb. Yüksək məhsul əldə edən rayonun fermerləri il ərzində yarmarkalara 22 adda 515 ton kənd təsərrüfatı məhsulu çıxarıb.

Əhalinin enerji daşıyıcıları ilə təminatı yaxşılaşıb. İl ərzində istehlakçılara fasiləsiz elektrik enerjisi verilib. Qaz təchizatı ilə bağlı tədbirlər də davam etdirilir. Ötən il Zeyvə kəndinə təbii qaz verildi. Pirəbədil, Ağalıq, Rəhimli, Uzunboyad, Taxtalar, Söhbətli, Xırdaoymaq, Şahnəzərli və Sincanboyad kəndlərini əhatə edən 2650  metr qaz  xətti əsaslı təmir olundu. Ağalıq, Rəhimli, Padar və Uzunboyad kəndlərinə 1225 metrlik yeni qaz xətləri çəkilib. 2015-ci ildə Pirəbədil, Pirəmsən Günəşli, Xəlilli, Dağbilici, Zöhramı, Sumaqova kəndlərinə təbii qazın verilməsi planlaşdırılıb. Payız-qış mövsümü ilə əlaqədar 17 ümumtəhsil məktəbi, 2 uşaq bağçası, iki 16 mənzilli yaşayış evi, mərkəzi  rayon  xəstəxanası və  inzibati binaların əksər hissəsi müasir istilik sistemi ilə təchiz edilib. Şabran şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda rayon icra hakimiyyətinin müraciəti əsasında yaşayış məhəllələri, fərdi mənzillər hissə-hissə yeni şəbəkəyə qoşulur. Ancaq bu işin sürətini artırmaq lazımdır. “Azərsu” tərəfindən Pirəbədil, Zöhramı, Sumaqova, Dağbilici, Sumaqova-Qazma kəndlərinin içməli su təchizatı şəbəkəsinin layihə smeta sənədləri hazırlanmış və layihənin icrası üçün müvafiq tədbirlər görülür. 2014-cü ildə sosial obyektlərin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və təmiri davam edib.. Dövlət investisiya vəsaiti hesabına 80 şagird yerlik Xəlilli ümumi orta məktəbi tikilib istifadəyə verilib, 80 şagird yerlik Taxtalar ümumi orta məktəbinin tikintisi isə başa çatmaq üzrədir. Dövlət büdcəsinin yerli xərcləri hesabına şəhər 1 və 4 nömrəli tam orta, şəhər 1 nömrəli ümumi orta və Leyti kənd ibtidai məktəbləri cari təmir, 2870 yerlik 4 məktəb binası və 2 uşaq bağçası əsaslı təmir olunub. Hazırda “Cücələrim” uşaq bağçası üçün əlavə korpusun tikintisi davam edir.

Ötən il ərzində rayon icra hakimiyyətinə ümumilikdə 686 müraciət, o cümlədən icra hakimiyyəti başçısının ünvanına 366 ərizə, şikayət və təklif daxil olub. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından rayon icra hakimiyyətinə daxil olmuş 251 müraciət araşdırılıb.

 

Tarix
25 May 2015 [21:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin