Ana səhifə
15 Dekabr 2018

Çadralı xanımı tamaşadan qovdular - skandal

Opera müğənniləri tələb etdilər ki…

 

“Korrespondent.net”in Fransa mediasına istinadən yaydığı xəbərdə bildirilir ki, Parisdə yerləşən “Opera Qarnye”nin tamaşası zamanı maraqlı hadisə baş verib. Belə ki, ərb ölkələrindən birindən əri ilə birlikdə operaya baxmağa gəlmiş xanım pərəncədə olub. Bizdə daha çox çadra kimi tanınan bu baş örtüyündən istifadə edən xanımların yalnız gözlərini görmək mümkündür. 

 

 

1669-  cı ildə XIV Lüdovik tərəfindən rəsmi olaraq incəsənətin bir növü kimi tanınan Parisin sayca on üçüncü olan operasının direkotor müavini Jan Filip Tele “Agence France-Presse”ə bildirib ki, opera müğənniləri ona deyib ki, ilk sırada, dirijorun lap arxasında üzü örtülü bir qadın oturub. 

 

Pərəncədə olan qadının tamaşaya baxması opera muğənnilərinin xoşuna gəlməyib. Onlar rəhbərlikdən tələb ediblər ki, qadın salondan çıxarılmalıdır, əks təqdirdə onlar tamaşanı yarımçıq kəsəcəklər. 

 

Məhz bu tələbdən sonra pərəncəli xanım və əri salonu tərk etməli olublar. 

 

“Agence France-Presse” xatırladır ki, Fransada 2011-ci ildə qəbul olunmuş qanuna əsasən ictimai yerlərdə qadınlar üzü bağlı vəziyyətdə görünə bilməzlər. Qanunun pozulduqda isə 150 euro cərimə ödəmək lazım gəlir. (Musavat.com)

 

Tarix
21 Oktyabr 2014 [17:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin