Ana səhifə
26 Sentyabr 2018

Ronaldo, yoxsa Messi?

Ucnoqta.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları dünyanın ən yaxşı iki futbolçusu - Kriştiano Ronaldo və Lionel Messi üçün əlamətdar ola bilər. Qol.Az-ın məlumatına görə, hər iki futbolçu vuracağı qollarla "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesin rekordunu təkrarlaya bilər.

Raul 71 qolla Çempionlar Liqasının ən məhsuldar futbolçusu siyahısına başçılıq edir. Ronaldo ÇL-də 69, Messi isə 68 qola imza atıb. Bu gün və sabah keçiriləcək oyunlarda Ronaldo het-trik, Messi isə poker edəcəyi təqdirdə Raulun rekordunu yeniləmiş olacaq. Bu iki futbolçudan hansının rekordu yeniləyəcəyi maraq doğurur.

Qeyd edək ki, "Barselona" bu axşam öz meydanında "Ayaks"la, "Real" (Madrid) klubu isə səfərdə "Liverpul"la qarşılaşacaq.

 

Çempionlar Liqasında ən çox qol vurmuş futbolçular:

1. Raul Qonzales - 142 oyuna 71 qol
2. Kriştiano Ronaldo - 104 oyuna 69 qol 
3. Lionel Messi - 87 oyuna 68 qol 
4. Rud van Nistelroy - 73 oyuna 56 qol 
5. Tyeri Anri - 112 oyuna 50 qol 
6. Andrey Şevçenko - 100 oyuna 48 qol 
7. Filipo İnzaqi - 81 oyuna 46 qol 
8. Didye Droqba - 88 oyuna 42 qol 
9. Alessandro del Pyero - 89 oyuna 42 qol 
10. Zlatan İbrahimoviç - 103 oyuna 41 qol 

 

Tarix
21 Oktyabr 2014 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin