Ana səhifə
17 Noyabr 2018

Kann kinofestivalının qalibləri bəlli oldu

Kann kinofestivalının baş mükafatı “Qızıl Palma budağı” fransız rejissoru Jak Odiara “Erran” filminə görə verilib. Xatırladaq ki, Odiar bundan əvvəl “Peyğəmbər” filminə görə festivalın Qran-Pri-sini almışdı.

 

Kulisin gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu ilki festivalın Qran Prisi macar rejissoru Laslo Nemeş debüt filmi “Sın Saula” ya görə verilib.  “Ən yaxşı rejissor” nominasiyasında Xou Syaosan “Qatil” filminə görə mükafatlandırılıb. Münsiflər heyətinin xüsusi mükafatı yunan rejissoru Yorqos Lantimosa “Lobster” filminə görə verilib.

 

“Ən yaxşı kişi rolu” nominasiyasında Vensan Lendon “Bazar qanunu” filminə görə mükafatlandırılıb.

 

Runi Mara və Emmanuel Berko “Ən yaxşı qadın rolu” nominasiyasında mükafatı bölüşüblər ( “Kerol” və “Mənim kralım” filminə görə). “Ən yaxşı ssenari” amerikalı Mişel Frankonun “Salnaməçi” filminin (Baş rolda Tim Rot) ssenarisi hesab olunub.

Ceyn Birkin fəxri “Qızıl palma budağı”nı klassik fransız kinosunun və “Sol sahil” rejissorlar qrupunun nümayndəsi  Anyes Vardaya təqdim edib.

Tarix
25 May 2015 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin