Ana səhifə
21 Noyabr 2018

MSK-da ekspert və işçi qrupu yaradılıb

Ucnoqta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK-nın nəzdində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb. Apa-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, 5 MSK üzvü və qurum əməkdaşları (MSK katibliyinin şöbə müdiri, MSK-da baş məsləhətçi, aparıcı məsləhətçi, MSK-nın Monitorinq şöbəsinin baş məsləhətçisi) daxil olmaqla, 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif olunur. Eyni zamanda dairə seçki komissiyalarında 3 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif edilib.

MSK sədri Akif Qurbanov eyni şəxslərin həm MSK üzvü, həm də ekspert qrupunun üzvü olmasının obyektivliyə xidmət etmədiyini söyləyib: “Çünki MSKüzvü ekspert kimi rəy verəcək, sonra da MSK-nın iclasında həmin rəyə münasibət bildirəcək. Bu, nə dərəcədə düzgündür? Bu, formallıqdır. Bu format Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmir”.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılması və tərkibin müəyyən edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Tarix
21 Oktyabr 2014 [17:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin