Ana səhifə
24 Sentyabr 2018

Seçkilərin vaxtı açıqlandı - 23 Dekabr

Azərbaycanda növbəti bələdiyyə seçkilərin keçirilməsi vaxtı müəyyən olunub.

 

Ucnoqta.az xəbər verir ki, növbəti bələdiyyə seçkiləri dekabr ayının 23-də keçiriləcək. Bu barədə məlumat bu gün Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında qəbul olunub.

MSK sədri M.Pənahov çıxışı zamanı bildirib ki, bələdiyyə üzvlərinin səlahiyyəti dekabrın 23-də başa çatır və növbəti seçkilər təyin edilməlidir. MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərinin keçirilməsi üçün dekabrın 23-ü ən məqbul vaxtdır.

Həmçinin komissiya Təqvim Planının təsdiq edilməsi barədə də qərar qəbul edib. Belə ki, seçki bülletenlərin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. Bələdiyyə seçkiləri barədə ilkin məlumatlar dekabrın 23-də saat 10:00 və 12:00-da veriləcək. Bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi prosesi 2015-ci yanvarın 17-dək başa çatmalıdır.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Onların səlahiyyət müddəti 5 ildir.(AzVision.az)

Tarix
21 Oktyabr 2014 [16:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin