Ana səhifə
20 Sentyabr 2018

Bakı məktəbində rüsvayçılıq

“Yaxın günlərdə materiallar araşdırmaq üçün məhkəməyə veriləcək”

Bakı məktəbində müəllim nüfuzunu ləkələyəcək xoşagəlməz hadisə baş verib

Sentyabrın 30-da Əmircan qəsəbəsində yerləşən 97 saylı məktəbdə işləyən 49 yaşlı müəllimə Rima Bəşirova şagirdlərin gözü önündə valideyn tərəfindən şillələnib. Suraxanı rayon 31-ci polis bölməsindən bildiriblər ki, Azərbaycan dili və ədəbiyyatı müəllimini onun şagirdinin Böyükxanım adlı anası təhqir edib. Səhər saat 8-də qadın məktəbdə Rima Bəşirovanın uşaqlara dərslik paylamaması ilə bağlı dava salıb. “O müəllimi təhqir edib və şillə vurub. Biz məktəbə gəldikdə Rima Bəşirovanın üzündə onun barmaq izləri hələ də qalmışdı”, - deyə, polisdən bildiriblər.

 

Polisin sözlərinə görə, valideyn özünü günahkar hesab etmir və üzr istəməyə hazırlaşmır. O, polisə qarşılıqlı ərizə verərək, Bəşirovanı öz oğlunu – beşinci sinif şagirdini bir neçə dəfə təhqir etməkdə və uşağın pencəyindən dartaraq, onu hamının gözü qarşısında küncdə saxlamaqda ittiham edir.

 

Polislər qadına yuxarıda sadalananların müəllimi döymək üçün bəhanə olmadığını izah etməyə çalışsalar da, bu fayda verməyib. Qadın üzr istəmək fikrində belə deyil və hətta qohumlarını da məktəbdə müəllimin üstünə göndərib.

 

“Yaxın günlərdə işin materialları araşdırılmaq üçün məhkəməyə veriləcək”, - deyə, polisdən bildiriblər. Bununla yanaşı, valideynin hərəkətləri polis əməkdaşını da təəccübləndirib və o, bunları deyib:

 

“Bizim üçün bu təhqir deyildi – bu, məktəb müəllimləri arasında adi praktika idi. Pis davranışa görə şagirdi küncdə saxlardılar. Bu heç də təhqir deyil. Yadımdadır, küncdə dayandığımız vaxt biz hətta sinif şagirdlərimizə dil çıxarır, bizə gülənləri hədələyirdik. Lakin müəllimdən incimək... İndiki validyenlər hətta ağıllarına belə gətirmirlər ki, onların uşaqları özünü pis aparıb”, - deyə, polis bildirib. (vesti.az)

 

Tarix
3 Oktyabr 2014 [17:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin