Ana səhifə
20 Sentyabr 2018

Yanıq Mərkəzinin müdiri istefa verdi- Nazirlikdən sərt açıqlama

Səhiyyə Nazirliyi Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərovun verdiyi açıqlamaya münasibət bildirib.

 

 

"Ucnoqta.az" xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Qədirli Lent.az-a açıqlamasında bildirib ki, keçmiş müdirin dedikləri cəfəngiyatdır: “Həmin tibb müəssisəsi də hər bir tibbi və digər zəruri ləvazimatla təchiz olunub. Nazirlik tibb müəssisələri arasında ayrı-seçkilik etmir”.

 

Qeyd edək ki, modern.az-a açıqlama verən Vüqar Ələkbərov Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefasına səbəb kimi işlədiyi mərkəzdə özbaşınalığın hökm sürdüyün deyib: “Hətta xəstələrə aid çamaşırları öz hesabıma yuduzdururdum. Belə bir yerdə adamın ləkələnməməsi üçün istefa ərizəmi yazdım. Mən baş verən rəzilliyə dözmədim və istefa ərizəmi yazdım”.

 

Mərkəzin yeni rəhbəri isə Şöhrət Məmmədov təyin edilib.

Tarix
21 Oktyabr 2014 [16:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin