Ana səhifə
19 Noyabr 2018

Leyla Əliyeva - Ürəyimdə yadımsan

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Ürəyimdə yadımsan” adlı şeiri oxucuların ixtiyarına veririk.

 

Qəm-qüssə içindəyəm,

çünki yanımda yoxsan.

Qəlb evimdən çıxaraq,

uzaqlara uçmusan –

uzaqdan da uzağa.

Ürəyimsə boş qalıb,

tənhadır sən gedəndən...

Dostlar çoxdur – nə fayda? –

ürəyim səni arar...

Çırağı çoxdan sönüb,

yiyəsiz mənzil kimi...

Damarlar onu sarıb,

hörümçək toru kimi...

Biz bu fani dünyada

sevgiyçün yaşayırıq.

Doğuluruq sevgiyçün,

onnan nəfəs alırıq...

 

Qəlbimin qapısını

yumruqla vurub-vurub

qırmaq istər qonşular...

Dostlar qapı zəngini

inadla çalıb durar...

Qəlbimsə... qəlb qırmayıb

cavab verir sakitcə:

“Orda yalnız bir yer var,

o da məxsusdur sənə”..!

Sənə məxsusdu... Boşdur...

Bu soyuq mənzilinə,

qayıtsan, dostum, əgər

yəqin ki, qapıları

açılacaq üzünə...

Amma bil, özgələr tək,

yadsan bu ürəyimdə,

ögeysən daha mənə...

 

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Digər məqalələr

 TƏRCÜMƏ: Gedim bir az ağlayım - Leyla Əliyeva (23.05.2015, 22:17)
 TƏRCÜMƏ: “Səni tərk edəcəyəm” - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Ana, nə olar, getmə! - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Sevgi və nifrət - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Gecə, qüsura baxma - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Məktub - Leyla Əiyeva (23.05.2015, 22:17)
 Leyla Əliyeva - "Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (23.05.2015, 22:17)
 Hər kəsin öz sonu var - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Mənə dərman verin... - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Pərvanə - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Səni atmaq istəmirəm - Leyla Əliyeva (23.05.2015, 22:17)
 "Ruhuma yaxındır o" - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Çıxıb getmə - Leyla Əliyeva (23.05.2015, 22:17)
 “Üz tutub insanlara, səslənmək istəyirəm” - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Götür qanadlarına, uzağa apar məni... - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Cəzamı mən verəcəm... - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Mən səni görmək üçün, yuxu nədi - tapmıram... - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Mənə bir kəlmə söz de... - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Özümlə onda oxşarlıq axtarıram - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Gizli sevgi bəsləmək - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Qu quşu - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Dost bir olar, ya iki - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Kor olmuşam - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Milyard öpüş - Leyla Əliyeva (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Yenə də tək-tənhayam (23.05.2015, 22:17)
 Leyla Əliyeva: “Mənə olan sevginə nöqtə qoya bilərsən?” (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Bir də sənin xətrinə dəymərəm... (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Məsum qızcığaz (23.05.2015, 22:17)
 Leyla Əliyeva - “Kimi aldatdığının sən heç fərqindəmisən?” (23.05.2015, 22:17)
 Leyla Əliyeva - “Hardasan, dünyanın yaxşı adamı?” (23.05.2015, 22:17)
 Leyla Əliyeva: “Kədər döydü qapımı…” (23.05.2015, 22:17)
 Leyla Əliyeva: “İnan ki, sən çox amansız qüvvəsən...” (23.05.2015, 22:17)
 Leyla Əliyeva: “Bayram görüşümüzü yaman gözləyirəm mən” (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Üç qoca balıqçı və qızıl balıq (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Tanrım, sən mənə güc ver... (23.05.2015, 22:17)
 Leyla Əliyeva Emin Ağalarovun nənəsinə şeir YAZDI (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Mən sənə ilk baxışdan aşiq oldum... (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Çərçivəyə sığmaram... (23.05.2015, 22:17)
 Leyla Əliyeva - SƏN ELƏ GÖZƏLSƏN Kİ... (23.05.2015, 22:17)
 Leyla Əliyeva - SƏN GETDİN UZAQLARA... (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Heç vaxt yalqız deyilsən (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Ümid (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Dostum, yaxşı ki, varsan... (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Kədər ötüb gedəcək (23.05.2015, 22:17)
 Leyla Əliyeva - “Mənim şeirim” (23.05.2015, 22:17)
 Leyla Əliyeva - Qaçırıq, uçuruq, tərk edirik (23.05.2015, 22:17)

Tarix
24 May 2015 [12:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin