Ana səhifə
13 Noyabr 2018

Heydər Əliyevin sevimli şeiri Məkkədə- FOTOLAR+VIDEO

Xalq şairi  Zəlimxan Yaqub bəstəkar  Sevinc Tofiqqızına xeyir-dua verib.  Səbəb isə bəstəkarın xalq şairinin “Məkkədə” şeirinə bəstələdiyi musiqi olub.  Z. Yaqub  Sevinc Tofiqqızının onun “Məkkədə” şeirinə bəstələdiyi musiqisindən söz açaraq bunları deyib: “Mən eşidəndə ki, Sevinc xanım mənim “Məkkədə” şeirimə musiqi bəstələyib və bu mahnı insanlar tərəfindən sevilib çox şad oldum. Mahnını dinləyəndə  kövrəldim. “Məkkədə” şeirinin maraqlı bir tarixçəsi var. İllər öncə Ulu öndər Həydər Əliyev mənə dedi ki,  “Zəlimxan bir çox şairlərə demişəm səndə deyirəm   dini mövzularda şeirlər yazıb –yaradın. Bu xalqımız və bizim üçün çox önəmlidir”. Məndə o zaman “Məkkədə” şeirini yazmışdım. Dedim cənab prizdent artıq yazmışam və “Məkkədə” şeirini onun üçün söylədim  çox bəyəndi. Məhz,  Sevinc xanımın təsadüfən bizim Ulu öndərimiz Heydər Əliyevin çox bəyəndiyi şeiri seçib musiqi  yazması məni çox sevindirdi və kövrəltdi. Mən ona öz təşəkkürlərimi bildirirəm. İnanıram ki, bundan sonra,  Sevinc xanım mənim başqa şeirlərimdə musiqiləri ilə həyat verəcək”.

 

Bildirək ki, Sevinc Tofiqqızı “Məkkədə” mahnısını İbrahim Tatlısəs üçün bəstələyib. Amma məlum olduğu kimi, Tatlısəsin səhhətində problem olduğundan  mahnını azərbaycanlı  ifaçı   Ülvi Xələfov oxuyub. “Məkkədə” mahnısı İbrahim Tatlısəs  sağalan kimi, oxuycağını da bildirib.

 S.Tofiqqızı “Məkkədə” mahnısına  klip də çəkdirib.  Klip çəkilişləri “Təzə Pir” və Hacı Əjdərbəy (Göy Məscid) məscidində baş tutub.

 

Onu da deyek  ki, klipin rejissoru və montajı İntiqam Dadaşov operator Rüstəm Fərman İsmayilov və aranjimanı Osman Həmidova  aiddir.

Tarix
21 Oktyabr 2014 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin