Ana səhifə
15 Noyabr 2018

“Bizim market” müştərilərini aldadır - FOTO

“Bizim market” şəbəkəsi müştəri cəlb etmək üçün satışa çıxardığı məhsulların üzərinə saxta qiymətlər qoyur.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə Axar.az-a marketdən məhsul alarkən qiymətdə aldadılan Təranə Məmmədova adlı xanım xəbər verib. Xanım qeyd edir ki, marketdə satılan bir çox məhsulun üzərində yazılan qiymətlər saxtadır. Onun sözlərinə görə, aldığı məhsulun üzərində yazılan qiymətlə kassaya vurduqdan sonra qəbzdə göstərilən qiymət fərqli olub:

 

“Uşaq oyuncağının üzərində 5 manat 45 qəpik yazılmışdı. Məhsula endirim edildiyi də qeyd edilməmişdi. Kassaya yaxınlaşanda tələb olunan pulu verdim. Ancaq qəbzə sonradan baxdım ki, əslində aldığım oyuncağın qiyməti 6 manat 70 qəpik imiş. Kassir bu barədə heç bir söz də demədi. Ən azından qiymətin fərqli olduğunu deyə bilərdilər. Ancaq market bunu bilərəkdən etdiyindən, məlumat da vermirlər. 5 manat 45 qəpiyə olan oyuncağı 6 manat 70 qəpiyə satırlar”.

 

Tarix
21 Oktyabr 2014 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin