Ana səhifə
24 May 2018

“Böyük gözəllik” filminin dünyadakı məşhurluğunu Bakıya gətirdim” - Müsahibə

Anita Kravos: “O rolları sevirəm ki, başqaları qəbul etməyəndə mənə zəng edirlər”

 

 

Oktyabrın 20-dən etibarən Bakıda İtalyan Film Festivalı keçirilir. “28 Cinema” kinoteatrında keçirilən festivalının fəxri qonağı olaraq İtaliyanın məşhur aktrisası Anita Kravos ölkəmizdə səfərdədir. Hansı ki “Böyük gözəlik” filmində gənc rəsam Talia Konsept rolunu canlandırıb. Hələ bir neçə gün Bakımızın qonağı olan aktrisanın müsahibəsini sizlərə təqdim edirik.

 

 

- Azərbaycana xoş gəlmisiniz…

- Çox sağ olun. Hər kəsə diqqəti üçün təşəkkürümü bildirirəm. Əgər azərbaycanlılar İtaliyanı və İtaliya kino sənətini sevirlərsə, mən də Azərbaycanı sevirəm. Məni bura dəvət edən, eləcə də tədbirin həyata keçirilməsində rolu olan insanlara böyük təşəkkürümü bildirirəm. Azərbaycanda İtaliyaya Oskar mükafatı qazandıran filmin nümayişini keçirmək və onu təmsil etmək üçün gəlmişəm. Bu mənim üçün böyük şərəfdir. Onu da deyim ki, hələ bir neçə gün də Bakıda olacam.

 

 

- Bakıda qalacağınız müddətdə hansı işlər planlaşdırılıb?

- “Nərgiz” jurnalı üçün fotoçəkiliş nəzərdə tutulub. Sırf “Böyük gözəllik” filminin hesabına mən “Nərgiz” jurnalının üz qabığına çıxacam. Təbii ki, bu gəlişimlə Böyük gözəllik” filminin dünyadakı məşhurluğunu Bakıya gətirdim. Daha sonra Azərbaycan Diplomatik Akademiyasında tələbələrlə görüşümüz olacaq. Bu görüş çərçivəsində mənim rol aldığım filmlərdən biri nümayiş olunacaq. Amma film hələ dəqiqləşdirilməyib. Daha sonra filmlə bağlı tələbələrlə müzakirələr aparacağıq. Təbii ki orada həm Rusiya, həm Amerika, həm də digər ölkələrin kino sənəti ilə bağlı fikir mübadiləsi aparacağıq. Eləcə də rejissorla olan münasibətlər, çətinliklər barədə danışacağıq. Boş vaxtlarımda isə yəqin ki, səfirlik mənə vaxtımı səmərəli dəyərləndirmək üçün başqa fəaliyyət dairəsi tapacaq. Bu Azərbaycan rejissorları, prodüserləri ilə tanışlıq kimi bir məşğuliyyət ola bilər. Gecə isə Azərbaycan dili öyrənirəm.

 

 

- Bildiyimə görə dilbilmə qabiliyyətiniz yüksəkdir...

- Mən 6 dildə danışsam da, Azərbaycanca danışmağı bacarmıram. Azərbaycana gəlməyim bu dili öyrənməyimə təkan verəcək. Özüm italiyalı olsam da, Moskvada təhsil almışam. Bu dilbilmə qabiliyyətimə görə də bütün dünyanı gəzirəm və öz kinolarımızı təqdim edirik. Yaşasın Azərbaycan və İtalyan filmləri. Yaşasın Azərbaycan dili. Hansı ki mənim üçün yeni bir dil olacaq. Festivalda ilk olaraq nümayiş olunan “Böyük gözəllik” filmində mən kiçik bir rol oynasam da, o rol mənim üçün çox böyük əhəmiyyət daşıyır. Çünki o rol mənim həyatımı dəyişib. Karyeramda rolu böyükdü.

 

 

- Bu dəyişiklik nələrdən ibarətdir?

- Bu film tək mənim yox, filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəs üçün dəyişiklik oldu. Çünki filmdə çəkilən bütÜn aktyorlara mükafat verilib. Bu İtaliyada “Gümüş lent” adlanır. Belə bir hadisəyə nadir hallarda rast gəlmək olur. Bir filmin bütün üzvlərinə mükafat verilsi nadir hadisədir.

 

 

- Hansı rollara çəkilməyi sevirsiz?

- Mənim xoşuma ancaq çətin rollar gəlir. O rolları sevirəm ki, başqaları qəbul etməyəndə mənə zəng edirlər. Filmin nəticəsini, necə bir uğur qazanacağını öncədən bilmək çətindir. Bu vaxta qədər bir çox filmlərdə rol alsam da “Böyük gözəllik” filmi ilə dünya məşhurluğunu qazanmışam. Filmdə rolu müvəffəqiyyətlə canlandırmışam. Rusiyada təhsil aldığım müddətdə rus məktəbində öyrəndiyim bəzi xırdalıqlar hesabına rolu qabiliyyətlə canlandıra bildim. Kinonun çəkilməsinə çox uzun bir vaxt sərf olumuşdu. Amma o 2 saat 45 dəqiqə olaraq təqdim olundu. Mən çox şadam ki, həmin hissədə mənim rolumu kəsməyiblər və kinonun bir hissəsi olaraq nümayiş etdiriblər. Orada iştirakım cəmi 15 dəqiqə olsa da, mənim üçün önəmli olan uğuru qazanmışam.

 

 

- Azərbaycanda filmə çəkilmək istəyərdinizmi?

- Nəzərinizə çatdırım ki, İtaliyanın bəzi rejissorları gələcəkdə Azərbaycanda film çəkmək niyyətindədirlər. İki film çəkiləcəyi haqda məlumatım var. Hələ ki, bu haqda danışıqlar gedir. “Mənim sevgilim qatildir” filmində rol alacağam. Orada həm sevgili, həm də qatiləm. Bu filmin rejissoru bəllidir. İkinci film isə Azərbaycana gələn bir İtalyanın hekayəsindən bəhs edəcək. Bu barədə hələ ki danışıqlar getməkdədir. Filmlərdən birində iki Azərbaycan aktyorunun da iştirakı nəzərdə tutulub.

 

 

Aygün Asimqızı

 

Tarix
21 Oktyabr 2014 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin