Ana səhifə
15 Oktyabr 2018

"Topdaşıyan da məndən iş istəyir" - MÜSAHİBƏ

Premyer Liqada çıxış edəcəyi dəqiqləşən klublardan biri də "Kəpəz"dir.

 

 

 

Sport7.az "Kəpəz"in prezidenti Mehman Allahverdiyevdən müsahibə götürüb.

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

 

- Lisenziyalaşdırma Qrupunun son məlumatından sonra komandanızın Premyer Liqada oynayacağı tam rəsmiləşdi. 3 dəfə Azərbaycan çempionu olmuş bir komandanın yenidən elitaya qayıtması münasibəti ilə sizi təbrik edirik.

- Təbrikə görə çox sağolun. Amma bizim haqqımızda çox şey yazırlar. Özləri bilərlər. Amma dəstək olmaqdansa ki, Gəncə futbolu Premyer Liqaya qayıdıb, əksinə tənqid edirlər. Saytlardan birində oxuyuram ki, guya mən "Kəpəz"in baş məşqçisi olmaq istəyirəm, azarkeşlər də buna etiraz edib deyir ki, Mahmud Qurbanov komandanı çalışdırmalıdır. Həmin adamları tanıyıram, kimlərdir. Mehman Allahverdiyevi bütün respublika ad-sanı, əməli ilə tanıyır. Gəncə futbolunu bitirənlərin hərəsi bir iş məndən istəyir. Gör nə qədər Gəncədən futbolçu çıxıb, mən onların hamısına necə iş tapım? Topdaşıyan da iş istəyir. Deyir, nə var, nə var mən də "Kəpəz"də oynamasam da, top daşımışam...

 

- Bəyəm sizin baş məşqçi olmaq söhbətiniz vardı ki?

- Yox e, boş söhbətdir. Sadəcə belə yazılmışdı...

 

- Komanda artıq Şahin Diniyevə tapşırılıb...

- Elədir. Onunla münasibətlərimiz çoxdan var. Elitada işləmək təcrübəsinə malik məşqçidir. Mövsümün sonunadək Şahin müəllimlə müqavilə bağlayacağıq. Vidadi Rzayevə isə klubda bir vəzifə veriləcək. Ola bilər ki, onun köməkçisi olsun.

 

- Sponsor tapdınız?

- Yox, konkret hələ bilinmir. Qoyun, çempionat bitsin, hələ 2 oyunumuz var. Mayın 27-si çempionat qurtarır. Mən də, Vidadi də mayın 23-ü Vladiqafqaza Nazim Süleymanovun yubiley matçı üçün getməliyik. 23-ü axşam Gəncədən çıxacağıq. Vladiqafqaza maşınla gedəcəyik. Ordan gələndən sonra sponsor məsələləri ilə yenidən məşğul olacağam.

 

- Amma bildiyimizə görə, yerli futbolçuların transfer işlərinə başlamısınız. Sabiq qapıçınız Davud Kəriminin yenidən "Kəpəz"ə qaytarılması söhbəti var?

- Hər şey baş məşqçidən asılı olacaq. Klub prezidenti kimi baş məşqçiyə müdaxilə edə bilmərəm. Peşəkar futbol klubunda prezident nə qədər əvvəl məşqçi işləsə belə, komandanın çalışdırıcısının işinə qarışmamalıdır. Çünki nəticəyə birbaşa baş məşqçi cavabdehdir. Ona görə də o öz seçimini etməlidir. Kərimi də bizim istədiyimiz futbolçulardan biridir və ona böyük hörmətimiz var. Allah qoysa, çempionat bitəndən sonra hər şeyə aydınlıq gələcək. Qoy bu, sirr olaraq qalsın.

 

- Komandadan kimlər gedəcək? Demək olarmı ki, komandanın 60-70 faizi dəyişiləcək?

- Əlbəttə ki, burda qalanlar da, gedənlər də olacaq. Əvəzedici komandamız yaradılanda ora göndərilən də olacaq. Təlim-məşq toplanışında hər şeyə baş məşqçi aydınlıq gətirəcək. Mən də elə düşünürəm ki, komandanın yarıdan çoxu dəyişiləcək. Çünki bu, Premyer Liqadır. Bura yalandan oynamaq xətrinə oynamağa gəlmirik. İstəyirik ki, komandamız ilk ildəcə normal şəkildə çıxış etsin. Mən o vaxt komandanı götürəndə "6-lığ"a düşmək vəzifəsi qoyulmuşdu qarşımıza, amma qalmışdı ki, çempion olaq. Həmin il "Turan" çempion olsa da, ölkə kubokunu qazandıq. İndi də məqsədimiz ən azı "6-lığ"a düşmək olacaq.

 

- Premyer Liqada yalnız kapitanınız Azər Həşimovu çıxsaq, elitada oyun təcrübəsi olan yoxdur...

- Bəli, Azərdən başqa eləsi yoxdur. Azərdə də travma var. Ona görə indi komandanı kapitan kimi hücumçumuz Ziyabil Məmmədov meydana çıxarır. Amma "Simurq"un əvəzedicilərində çıxış etmiş futbolçumuz olub. Premyer Liqada isə oynamış yalnız Həşimovdur. Ona görə də açıq danışaq. Əgər biz bu heyətlə oynasayaq, Premyer Liqada cəmi 1-2 xal toplaya bilərik. Biz də istəyirik ki, normal komanda quraq. Məqsədimiz ilk "6-lıq" olsa da, ancaq mümkündür ki, Avroliqaya da düşə bilək...

Tarix
22 May 2015 [21:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin