Ana səhifə
13 Noyabr 2018

Texnikalar dəyərinin 40 faizinin dövlət büdcəsi hesabına ödənilməklə lizinqə verilib

Bu, əhalinin kənd təsərrüfatı sahəsinə marağını artırıb

 

 

 

2014-cü ildə Cəbrayıl rayonu üzrə iribuynuzluların baş sayı 10250 başa, xırdabuynuzluların sayı 112737 başa, quşların sayı 98,8 min başa çatıb. Ötən il kəsilmiş çəkidə 880 ton ət, 6123 ton süd, 132,2 ton yun, 3,9 milyon ədəd yumurta istehsal edilib. Heyvandarlıqda daha yüksək nəticələrin əldə edilməsi üçün daha məhsuldar cinslərin yetişdirilməsinə ciddi ehtiyac vardır. Bu baxımdan mal-qara arasında süni mayalamanın aparılmasının müstəsna əhəmiyyəti olduğunu dərk edərək bu sahəyə son zamanlar diqqət artırılıb, son 3 ildə 1420 baş inək və düyədə süni mayalama aparılıb, 874 baş sağlam cins buzov alınıb. Bu sahədə tədbirlər davam etdirilir. Rayon Baytarlıq idarəsi tərəfindən rayonda epizodik durum və mal-qaraya baytarlıq xidməti daim nəzarətdə saxlanılııb, mövcud mal-qaranın tam əksəriyyəti profilaktik baytarlıq tədbirlərinə cəlb edilib. Aparılmış profilaktiki tədbirlərin nəticəsidir ki, respublikada ötən il mal-qara arasında baş vermiş yoluxucu xəstəlikdən itki maksimum dərəcədə aşağı salınıb.

Arıçılığın gəlirli sahə olması barədə əhali arasında aparılmış maarifləndirmə tədbirləri nəticəsində 24 nəfərdə 330 arı ailəsinin yetişdirilməsinə nail olunub, ilkin hesablamalara görə qəsəbələr ərazisində  1,8-2 ton bal istehsal edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki dəstək məqsədi ilə rayon “Aqroservis” xidmətində 55 adda texnika vardır. Hesabat ilində əkinlərin aparılması, becərilməsi və yığımı dövründə texniki təminatda heç bir problem yaranmayıb, taxıl sahələrində biçin qısa vaxtda başa çatdırılıb, yonca sahələrində biçinlər optimal müddətlərdə aparılıb. Ölkə Prezidentinin tapşırığına əsasən  kənd təsərrüfatı texnikalarının dəyərinin 40 faizinin dövlət büdcəsi hesabına ödənilməklə uzun müddətli lizinqə verilməsi əhalinin bu sahəyə marağını xeyli artırıb. Göstərilən güzəştlərin tətbiqindən keçən qısa vaxt ərzində 18 nəfər sakinimizin traktor almalarına köməklik göstərilib. Göstərilən tədbirlərin həyata keçirilməsi növbəti illərdə də kənd təsərrüfatında əsaslı inkişafa zəmin yaradacaqdır.

Ötən il kənd təsərrüfatı bitkilərinin suvarılmasının daha da yaxşılaşdırılması, eləcə də suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədi ilə Respublikada bir neçə iri layihələr həyata keçirilib. Ötən ilin həddindən çox quraq keçməsi suvarmada xeyli çətinliklər yaradıb. Lakin aparılmış qablayıcı tədbirlər nəticəsində əhalimiz əkin sahələrinin suvarılmasından ciddi problemlərlə qarşılaşmayıb. Hesabat ilində 3 nasos stansiyasının müntəzəm işi təmin olunub, 1 №-li nasos stansiyasında əlavə aqreqatın quraşdırılıb, nəticədə suvarmada xeyli çətinlikləri aradan qaldırılıb. Sahə işçilərinin səmərəli fəaliyyəti nəticəsində ötən il proqnoz üzrə artan yekunla 17,4 min hektara qarşı 18,8 min hektarda suvarma aparılıb.

Cari ilin məhsulu üçün əkilmiş 2600 hektar payızlıq taxıl əkini sahəsində də birinci suvarma başa çatdırılıb. Hazırda növbəti suvarmaların da optimal müddətdə başa çatdırılması üçün nasos stansiyalarında əsaslı təmir və bərpa işləri aparılmış, suvarma kanalları lildən təmizlənirb. Rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ildə də əkinlərin suvarılmasının mütəşəkkil təşkili üçün rejim qrafiki müəyyənləşdirmiş və hazırda əkinlərin suvarılması təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2015-ci ili “Kənd Təsərrüfatı ili” elan etməsi  aqrar sektora dövlət dəstəyinin bariz nümunəsi olmaqla, qeyri - neft sektorunun aparıcı sahələrindən biri kimi bu sahənin inkişafına diqqəti artıracaqdır. 2015-ci il ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində, aqrar sahədə ixrac potensialının artırılmasında həlledici il olacaqdır. Bu isə Aqrar sektorda çalışan işçilər üzərində böyük məsuliyyət qoyur. Cənab Prezidentin tapşırığı ilə 2015-ci və sonrakı illərdə aqrar sektorun inkişaf konsepsiyasını müəyyənləşdirəcək tədbirlər planı hazırlanır. İndi qarşıda duran ən ümdə vəzifə “Kənd təsərrüfatı ili”nin yüksək nəticələrlə başa vurmaq üçün ehtiyat mənbələri işə salmaq, yüksək texnologiyaların və qabaqcıl təcrübənin tətbiqini genişləndirməkdən ibarətdir. Odur ki, rayonun aqrar sektora daxil olan idarə və təşkilatlarda çalışan bütün işçilər kənd təsərrüfatının ölkəmizin gələcək inkişaf dinamikasına güclü təsir göstərəcək sahə olduğunu dərindən dərk edərək , məsuliyyətlərini daha da artıracaqlar.

Ekoloji tarazlığın qorunması ölkədə yenə də prioritet olaraq qalmaqdadır. Ötən il Respublikada bu sahədə xeyli işlər görülmüş, iri layihələrin reallaşdırılması təmin edilib. Bu baxımdan Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “İDEA” İctimai birliyi tərəfindən keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu Cəbrayıllı gənclər tərəfindən çox rəğbətlə qarşılanıb, minlərlə gəncimiz bu təşəbbüsə qoşularaq hesabat ilində 5050 ədəddən çox ağac əkmiş, yaşıllıqlara qulluq göstərilib. Cari ildə də gənclərimiz belə təşəbbüslərə qoşulacaq, yaşıllıqların sahəsi daha da artırılacaqdır.

Cari ildə aqrar sahədə çalışan işçilərimizin qarşısında daha məsuliyyətli vəzifələr durur. Bunun üçün kənd təsərrüfatının bütün sahələrində yüksək innovativ texnologiyaların tətbiqi daha  da genişləndiriləcək, istehsalçılara hərtərəfli dəstək gücləndiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil islahatları uğurla davam etdirilir. Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı davam etdirir.

Dövlət başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib.  Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.

2014/2015-ci dərs ilində rayon üzrə 44 ümumtəhsil məktəbi, o cümlədən 39 tam orta, 3 ümumi orta, 2 ibtidai və 1 Uşaq-Gənclər şahmat məktəbi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 8428 şagird elmlərin əsasını, şahmat məktəbində isə 23 qrupda 227 məktəbli şahmatın sirlərini öyrənir.  Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin 1-ci sinfinə 875 nəfər şagird qəbul edilib.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərindən qaçqın və məcburi köçkün olmuş ailələrdən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Bu il rayon məktəblərinin birinci sinfinə gedən  875 şagirdin hər biri Fond tərəfindən göndərilib məktəbli çantası və 18 adda məktəb ləvazimatı ilə təmin edilib.

Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilən 1165 dəst oğlan və qız paltarları alınaraq rayonun ümumtəhsil məktəblərinə paylanıb. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən verilmiş 34 min 929 ədəd müxtəlif adda I-XI siniflər üçün dərslik, 147 adda 22 komplekt 3234 ədəd uşaq ədəbiyyatı pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılıb, rayon büdcəsi hesabına isə 16 min 606 manat dəyərində məktəb avadanlıqları da  alınaraq məktəblərə verilib.

2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Dövlət büdcəsi hesabına rayonun Saatlı rayonu  Əlisoltanlı kəndi ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni  qəsəbədə rayonun Tatar kənd tam orta məktəbi üçün hər cür şəraiti olan, bütün inventar və avadanlıqlarla təmin edilib 198, Hacıqabul rayonu Qızılburun qəsəbəsində rayonun 7 saylı tam orta məktəbi üçün 150 şagird yerlik məktəb binası, eyni zamanda, hər iki qəsəbədə 1 klub və 40 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib. Yerli büdcə və digər mənbələr hesabına rayonun 2, 15 saylı tam orta və 22 saylı ümumi orta, Dəmşalaq və Sirik kənd tam orta məktəblərində cari təmir işləri aparılmış,  M.Mehdizadə adına şəhər tam orta məktəbində isə plastik arakəsmələrlə sinif otaqlarının sayı artırılıb.

 

Tarix
22 May 2015 [19:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin