Ana səhifə
21 Sentyabr 2018

Telli Borçalı toyu barədə nə dedi?

Mətbuatda Telli Borçalının dəbdəbəli toyu olacağı haqqında xəbər yayılıb. Aşıq Telli ilə əlaqə saxladıq. Hazırda Gürcüstanda toyda olan  Aşıq Telli “Üç nöqtə”yə xəbərin yalan olduğunu bildirdi: “Yox elə şey yoxdu. Məni sevən insanlar var. Amma mənim sənətim ilə razılaşmalıdırlar. Razılaşmasa qeyri-mümkündü. Elə söhbət yoxdu. Gürcüstana gələn zaman sərhəddə də dedilər ki, oxuduq ki, toyunuz olur. Hamı deyir ki, toya gedirsiniz. Deyirəm ki, nə toy... Özünüz bilirsiniz ki, elə şey olsa deyərəm”.

 

 

Aşıq Telli onu da dedi ki, ailə quracağı insanın orta səviyyəli olmasını istəyir: “Mənə rast gələnlərin hamısı pullu, varlı olurlar. O adam deyir ki, mənim pulum var. Sən niyə toya gedirsən getmə. Deyirəm ki, onda sadəcə Telli olaram. Axı mən öz sənətimi sevirəm. Həyatımda hər ikisi olmalıdır. Qətiyyən dəbdəbəli toy olacaq fikirini deməmişəm”.

Tarix
21 Oktyabr 2014 [15:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin