Ana səhifə
23 Sentyabr 2018

Uşaqlar üçün yeni tamaşa səhnələşdirildi - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni uşaq tamaşasını təqdim etməyə hazırlaşır. Ucnoqta.az-ın Kulisə istinadən məlumatına görə Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

 

 

 

Tamaşada əsas rolları Əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

 

Məlumat üçün bildirək ki, yeni səhnə əsəri may ayının 23-də saat 12:00 və 14:00-da, eləcə də ayın 24-də saat 12:00-da nümayiş etdiriləcək.

Tarix
21 May 2015 [23:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin