Ana səhifə
16 Oktyabr 2018

Bank sektorunda sağlam rəqabət mühiti formalaşmalıdır

Əli Məsimli: “ “Kölgə iqtisadiyyatı”nın vergiyə cəlb olunması büdcəyə 1,8-3 milyard manat vəsait gətirə bilər”

 

 

 

 

Dünya bazarında neftin qiymətində müəyyən artımlar nəzərə çarpır. Bu Azərbaycan iqtisadiyatı üçün sevindirici haldır. Çünki dövlət büdcəsinin neft gəlirlərdən aslı olduğu bir vaxtda neftin bahalaşaması dünyada baş verən proseslərin ölkə iqtisadiyatına təsirini minimumlaşdıra bilər. Lakin neftin nidiyə qədər ucuzlaşmasından yaranan itkilərin alternativ yolla kompensasiya olunmasını təklif edən mütəxəssislər də var. Məsələn, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hesab edir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 milyard manat vəsait cəlb olunması deməkdir:

 

- Dünya Bankının rəqəmlərində Azərbaycanda kölgə iqtisadiyyatı 60 faiz, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8 faiz təşkil edir. Məncə, bunun heç biri düzgün deyil və bu göstərici təxminən 33 faiz təşkil edir. Bu günlərdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası məsələsi müzakirə olunan zaman da öz çıxışımda mən bu məsələyə ciddi toxundum. Məlum olduğu kimi, kölgə iqtisadiyatı inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur (vergidən yayınır). Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur.

Kölgə iqtisadiyyatına qarşı mübarizəni həmişə vacib hesab etmişəm. Bunun üçün loqal işlər yox, kompleks tədbirlər görülməlidir, Fikrimcə, kölgə iqtisadiyyatı ilə mübarizə aparılmasının üsulu cəmiyyət həyatının müxtəlif sahələrində islahatların dərinləşməsi və bunun artırılması, bir sıra yeni qanunların qəbul edilməsi, qanunlarımızda olan boşluqların aradan qaldırılması və sair istiqamətlərdə addımların atılması zəruridir. Məsələn, "Normativ hüquqi aktlar haqqında" Azərbaycanda qanun qəbul edilib. Milli Məclisdə belə bir qanunun qəbul edilməsi irəliyə doğru addım idi ki, orda kölgə iqtisadiyyatının da qarşısını almaqdan ötrü bir sıra məqamlar öz əksini tapmışdı. Bu, çox vacib məsələdir. Ona görə də hansısa bir tədbirlə kölgə iqtisadiyyatını aradan qaldırmaq olmur. Çünki dünya praktikasında da belədir. Kölgə iqtisadiyyatını sistemli islahatlar, cəmiyyətin demokratikləşməsi, şəffaflığı artırmaq və sair istiqamətdə islahatları həyata keçirməklə nail olmaq mümkündür.

 

- Konstitutsiya Məhkəməsinin bankların xeyrinə çıxaran qərarından sonra problemlər səngimək bilmir. Sizin bu məsələdə sərgilədiyiniz mövqe maraqlı olar?

 

- Manatın 21 fevral devalvasiyasından sonra həm dollarla krediti olan əhali, həm də banklar xeyli xoşagəlməz problemlərlə rastlaşıblar. Əhali kreditlərini manatın dollar olan köhnə məzənnəsi ilə, yəni 1 dollar - 78 qəpik nisbəti ilə, banklar isə yeni məzənnə ilə, yəni 1 dollar - 1 manat 5 qəpik nibəti ilə ödənilməsini istəyirdi. Bu dilemmadan elə  çıxış yolu tapmaq lazım idi ki, ”nə şiş yansın, nə də kabab”, yəni risk elə bölünməli idi ki, həm bankların, həm də dollarla kredit alanların maraqları eyni dərəcədə təmin olunsun. Amma bu məsələ çox mürəkkəb bir məsələ olduğundan, onu yalnız hüquq müstəvisində bu cür balanslı şəkildə həll etmək mümkünsüzdür. Belə də oldu.

Konstitusiya Məhkəməsinin sözügedən qərarında “əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin” cümləsi əhalinin itkilərini azaltmaq üçün zəruri tədbirlərin görülməsinin vacibliyinə işarə olsa da, əslində heç bir hüquqi gücü yoxdur və həm də həmin məhkəmənin kompitensiyasına aid məsələ deyil. Çünki Konstitusiya Məhkəməsi vəzifəsi xarici valyutada verilmiş kreditlərlə bağlı qanunvericilikdə öz əksini tapmış məqamlara şərh vermək idi və bunu də etdi. Sözügedən cümlədən də göründüyü kimi, həmin yumşaldıcı tədbirlərin “bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi” nəzərdə tutulur. Bank da deyəcək ki, mənim maliyyə imkanlarım  sizin aldığınız kreditin faiz dərəcəsini 28 faizdən 25 faizə endirməyə, qaytarılma müddətin isə 12 aydan -18 və ya 24 aya qədət üzatmağa imkan verir. Əslində manat ətrafında yaranmış yeni situasiyada belə qərarın özü də kredit alanın yox, bankın xeyrinə sonunclanması ehtimalı daha böyükdür. Çünki hazırkı şəraitdə heç kim təminat verə bilməz ki, manatın dollar nisbətində məzənnəsi bir ildən sonra  da indiki  1 dollar - 1 manat 5 qəpik nisbətində qalacaq. Əgər əsas mübahisə obyekti manatın dollara olan məzənnə nisbətidirsə, manatın məzənnəsi yenidən enməyə başlasa, kredit müddətinin uzadılması kredit alanın öz borcunu daha yüksək məzənnə ilə ödəməsinə gətirib çıxara bilər. Bu isə problemli kreditlərin həcmini daha da artıra bilər. Ona görə də bu məqamı nəzərə alaraq xarici valyuta ilə kredit alanların bir hissəsi  nəyin bahasına olursa olsun, borclarını elə indi bağlamaq variantına üstünlük verirlər. Amma bu hamının imkanı daxilində olan məsələ deyil. Ona görə də əhalinin də maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə güzəştli şərtlərin tətbiqi üzrə real təsiri olan tədbirlərin həyata keçirilməsi də çox vacibdir.

 

- Yaranmış vəziyyətdən çıxış yolu nə ola bilər?

 

- Yaranmış yeni situasiya iqtisadiyyatı həm bilavasitə istehsalla bağlı olan, həm maliyyə, həm də sosial sektorunda yaratdığı yeni problemlər öbyektiv təhlil edilməli, real sektorun rəqabət qabiliyyətli hərtərəfli inkişafı, maliiyə sektorunun, onun mühüm tərkib hissəsi olan bank sektorunun sağlamlaşdırılması, sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılması istiqamətində qısa, orta və uzun müdətdə səmrə verə bilən tədbirlərin effektiv kombinasiyasından ibarət bir proqram hazırlanıb həyata keçirilməlidir.

Başqa sözlə, hüquqi müstəvi ilə yanaşı, digər müstəvilərdə mövcud olan və törəmə problemləri də həll etməkdən ötrü əlavə işlərin görülməsinə ehtiyac var. Yəni Mərkəzi Bank manatın devalvasiyasında sonra yaranmış yeni situasiyanı nəzərə alaraq  pul-kredit siyasətini yenidən qurmalı, bank sistemindəki inhisarçılıq meyllərinin aradan qaldırılmasına, bank sektorunda sağlam rəqabət mühitinin formalaşmasına təsir göstərməli, bu işi stimullaşdırmalı, risk amilini bəhanə gətirərək tətbiq olunan soyğuncu xarakter daşıyan yüksək faiz dərəcələrini saxlamağa yardımçı rolundan, faiz dərəcələrinin aşağı salınmasına real yardımçı olmaq missisiyasını həyata keçirməyə başlamalı, kommersiya banklarını ucuz resursla təmin etmək işində səylərini artırmalı və həm də dolayısı yolla bu işə əlavə dəstək verməlilidir. Azərbaycanın qeyd etdiyimiz səpkidə bir proqramın həyata keçirilməsinə bütün parametrlər üzrə yetərincə və bəlkə də artıqlaması ilə  potensialı var və həmin potensialdan sadəcə prioriteti dəyişib, dövlət və cəmiyyət maraqlarına uyğun səmərəli istifadə edilməlidir.

 

- Neft gəlirləri aslılığından xilas olmaq, qeyri-neft sektorunUN prioritet sahələrinin inkişafı üçün bu baş verənlər son siqnal saymaq olar?

 

- Bu ilin “Kənd təsərrüfatı ili” elan olunması ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğunu bir daha təsdiqləyir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir. Son illər bu sahədə müəyyən işlər görülsə də, Azərbaycan özünə lazım olan ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir. Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması və əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra eksportumuzun vacib sahələrindən birinə çevrilməsi günün tələbinə çevrilib.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndirilməli, onun öz təyinatına uyğun istifadəsi təmin edilməli, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsindəki işlər genişləndirilməli və sürətləndirilməlidir. Aqrar sahənin potensialından istifadənin səmərəliliyini yüksəltməkdən ötrü bu sahədə islahatlar dərinləşdirilməli, şəffaflığı təmin edilmiş dövlət dəstəyi, iri, orta və xırda fermer təsərrüfatlarının birgə fəaliyyəti və qabaqcıl texnologiyanın, mütərəqqi aqro üsulların tətbiqinin genişləndirilməsi işlərinin effektiv kombinasiyasına nail olmaq lazımdır. Əgər islahatları məqsədyönlü şəkildə dərinləşdirməklə bilavasitə kənd təsərrüfatına ildə orta hesabla 500 milyon manat, torpaqların şorlaşması və erroziyadan təmizlənməsi, digər bu kimi işlərə isə 250 milyon manat, 5-6 il ərzində üst-üstə 4-4,5 milyard manat vəsait yönəldilsə, 5-6 ildən sonra əsas kənd təsərrüfatı məhsulları üzrə ildə orta hesabla 8-10 faiz artımla sabit inkişaf edən bir aqrar sahəyə sahib ola bilərik ki, bununla da həm əhalinin yerli potensial hesabına əsas ərzaq məhsulları ilə təminatı sahəsində, həm də neftlə yanaşı ikinci, geniş eksport sahəsi qazanmaqla kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşmasında əsaslı dönüşün şahidi olarıq.

 

 

 

Əfsun

Tarix
21 May 2015 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin