Ana səhifə
25 Sentyabr 2018

Cəbrayıl rayon büdcəsinin mədaxili 102,3 faiz icra olunub

Məxaric üzrə isə bütün zəruri xərclər təyinatına uyğun olaraq icra edilib

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərəivəsində  görülən işlər məcburi köçkünlərin həyat şəraitinin yaxlılaşmasına xidmət edir. 01 yanvar 2015-ci il vəziyyətinə Cəbrayıl Vergilər Şöbəsində qeydiyyatda olan  524 vergi ödəyici fəaliyyət göstərir ki, bundan da 195-i qəsəbələrdə fəaliyyət göstərən vergi ödəyiciləridir. Burada hazırda topdan ticarət sahəsi üzrə 1, ictimai iaşə üzrə 15, istehsal sahəsi üzrə 15, digər xidmət sahələri üzrə 60, sənaye və tikinti materiallarının satışı üzrə 9, pərakəndə ticarət sahəsi üzrə 82, nəqliyyat sahəsi üzrə 12, təmir-tikinti sahəsi üzrə 1 obyekt fəaliyyət göstərir. Qəsəbə əhalisi gündəlik tələb olunan ərzaq, qeyri-ərzaq malları almaq və ehtiyac duyduğu digər xidmətlərdən istifadə etmək üçün başqa rayonlara getməyə ehtiyac duymurlar.

2014-cü ildə qəsəbələrdə sahibkarların, eləcə də istehlakçıların hüquqlarının qorunması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Belə ki, istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədi ilə yaradılmış ictimai Komissiya tərəfindən hesabat ilində bir neçə dəfə reydlər keçirilib, vətəndaşların qiymətdə, çəkidə aldadılması, vaxtı keçmiş və keyfiyyətsiz ərzaq məhsulları satışının qarşısının alınması istiqamətində maarifləndirici söhbətlər aparılıb. Həmçinin qəsəbələrdə fəaliyyət göstərən çörək bişirmə müəssisələrində çalışan çörəkçilərin hüquqlarını müdafiə etmək və daxili bazarı qorumaq məqsədi ilə kənar rayonlardan qəsəbələrə satış üçün çörək gətirilməsi məqsədəmüvafiq hesab edilməmiş, əsasən öz istehsalımız hesabına əhalinin tələbatının ödənilməsi məqsədəuyğun sayılıb. Bu tədbirdən sonra yerli müəssisələrdə çörəyin keyfiyyətinin daha da yaxşılaşdırılması, çeşidinin artırılması üçün sahibkarlarla hazırda iş aparılır. Eyni zamanda ticarət obyektlərində spirtli içkilərin və tütün məmulatlarının icazə (lisenziya) alınmadan satılmasının qarşısı alınmış, 2014-cü ildə tütün məmulatlarının və spirtli içkilərin satışına 6 ədəd xüsusi razılıq (lisenziya) verilib.

Əhalimizin sıx məskunlaşdığı 4456 evdən ibarət 11 qəsəbənin hər bir ailəsi 0,12 ha həyətyanı və 0,40-0,59 ha pay torpağında əkin-biçinlə məşğul olub, əmək qabiliyyətli əhalinin orta hesabla 1200 nəfəri yaxınlıqda Azərbaycan hökuməti ilə müştərək fəaliyyət göstərən “Azərsun” Holdinqin Biləsuvar şöbəsində mövsümü və daimi kənd təsərrüfatı işlərində çalışırlar.

Rayon Məşğulluq Mərkəzində 2014-cü ildə 109 nəfər, ümumilikdə isə 1159 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan il ərzində 148 nəfərə işsizlik statusu verilib, işsizlik statusu olan cəmi 248 nəfərdən 158 nəfərinə işsizlik müavinəti təyin edilib. Keçən il 39 nəfər vakant iş yerlərində işə düzəldilib, 10 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Görülən bu kimi tədbirlərə baxmayaraq qəsəbələrdə işsizlik müavinəti verilməsi ilə bağlı hələ də vətəndaş müraciətləri çoxluq təşkil etməkdədir.

Xidmət ərazimiz olan qəsəbələrdə abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.  Qəsəbələrə gələn giriş yolunun və 11 qəsəbəni birləşdirən asfalt yolun kənarında yaşıllıqlar salınmış, parkda seyrəlmiş sahələr yeni ağac və gül kolları ilə bərpa edilib.

Rayon əhalisi ötən hesabat ilində ölkəmizin iqtisadi inkişafında fəal iştirak etmiş, bilavasitə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə və digər məskunlaşma yerlərində Cəbrayıl rayonunu xarakterizə edən az da olsa iqtisadiyyat formalaşdırılıb. Ərazimizin bütövlükdə erməni işğalında olması səbəbindən iqtisadi inkişafda stabil dinamika olmasa da, 2014-cü ildə rayon üzrə 25 milyon 275,7 min manatlıq ümumi daxili məhsul əldə edilmiş, keçən ildəkindən 7,1 faiz çox olmaqla 11 milyon 857 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Həmçinin sənaye üzrə 577,2 min manat, tikinti quraşdırma üzrə 12 milyon 731,3 min manat, nəqliyyat üzrə 13,4 min manat, informasiya və rabitə üzrə 96,4 min manat, ticarət üzrə isə 203 min manat dəyərində məhsul buraxılışı qeydə alınıb.

Rayon üzrə əhalinin sayı 1114 nəfər və ya 1,5 faiz artaraq 76598 nəfərə çatıb, il ərzində 1333 nəfər uşaq doğulub, 406 nəfər rayon sakini vəfat edib, 307 nəfər qeydiyyata gəlib, 120 nəfər isə qeydiyyatdan çıxıb. Nəticədə demoqrafik vəziyyətdə müsbət dinamika müşahidə edilmiş, 927 nəfər təbii artım, 187 nəfər isə miqrasiya artımı olub.

2014-cü ildə rayon büdcəsinin mədaxili 12 milyon 972 min manata qarşı 13 milyon 266 min manat və ya 102,3 faiz icra olunmuş, məxaric üzrə isə bütün zəruri xərclər təyinatına uyğun olaraq icra edilib. Rayon büdcəsinə il ərzində 1 milyon 380 min manat proqnoza qarşı 1 milyon 513 min manat və ya 109,6 faiz çox vəsait daxil olub. Bu rayon üzrə smetada nəzərdə tutulan sair xərclərin əksər hissəsini ödəməyə imkan yaradıb. Büdcənin mədaxilinin 11 milyon 390 min manatı və ya 85,8 faizi Respublika büdcəsindən ayrılan dotasiyadır. Vergi daxilolmalarının artırılması üçün rayon Vergilər şöbəsi tərəfindən qəsəbələrdə fəaliyyət göstərən 22 vergi ödəyicisinə məxsus sahibkarlıq subyektinin qeydə alınması və 10 vergi ödəyicisinə məxsus obyektdə nəzarət kassa aparatının quraşdırılması təmin edilib.

Rayonda yeganə bank xidməti göstərən Kapital Bankın Cəbrayıl rayon filialı hesabat dövründə əhaliyə, eləcə də 53 dövlət, 12 qeyri-dövlət, 6 ictimai təşkilata bank xidməti göstərir. 2014-cü ildə Bankın gəlirləri 664,5 min manat, xərcləri isə 310,4 min manat olub, 354,4 min manat xalis gəlir əldə edilmişdir ki, bu da 104,1 faiz illik mənfəət deməkdir. Bankın qəsəbələrdə fasiləsiz olaraq 3 bankomatı fəaliyyət göstərmiş, vətəndaşlarımız aylıq maaşlarını, pensiyalarını və digər müavinətlərini vaxtında və maneəsiz ala biliblər.

Qəsəbələrdə məskunlaşmış rayon əhalisinə burada fəaliyyət göstərən “Azərpoçt” MMC–nin Cəbrayıl filialı və Aztelekom istehsalat birliyinin Cəbrayıl Telekommunikasiya idarəsi tərəfindən poçt və rabitə xidməti göstərilib, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq vətəndaşların elektron xidmətlərdən istifadəsinə şərait yaradılıb. Bu məqsədlə qəsəbələrdə 1 mərkəzi, 3 poçt agentliyi, 3 saylı qəsəbədə 688, 7 saylı qəsəbədə 256, 10 saylı qəsəbədə isə 272 tutumlu elektron ATS və 400 mantaj tutumu olan genişzolaqlı internet şəbəkə fəaliyyət göstərir. Keçən ilə nisbətən genişzolaqlı internet istifadəçilərinin sayı 48 abonent artıb. Hazırda qəsəbələrdə abonentlərə əlavə telefon çəkilişi üçün 204 boş yer vardır.

2014-cü ildə DSMF rayon şöbəsi 8624 nəfər əmək pensiyaçısına,  Əhalinin Sosial Müdafiəsi Mərkəzi isə ümumilikdə 2828 nəfər sosial pensiyaçıya xidmət göstərmişdir. DSMF rayon şöbəsinin xidmətində olan  pensiyaçılara və digər xərclərə  ayrılan məbləğin ödənilməsi üçün ümumilikdə  il ərzində hesaba  cəmi 16 milyon 977,3 min manat vəsait daxil olmuşdur ki, bunun da 2 milyon 727,3 min manatı Şöbə tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqqı və digər daxilolmalar,  14 milyon 250 min manatı isə  Respublika  Fondundan ayrılmış vəsaitdir. Şöbənin xidmətində olan büdcə və qeyri büdcə təşkilatlarından dövlət sosial sığorta haqlarının toplanması əvvəlki ilə nisbətən 223,1 min manat artıb.

2014-cü ildə ünvanlı dövlət sosial yardımı üçün xidmət ərazimiz olan qəsəbələrdən  Sosial Müdafiəsi Mərkəzinə 201 ailə müraciət edib, odan 198 ailə qeydiyyata alınaraq ÜSY təyin edilib. Hazırda ümumilikdə 204 ailənin 872 üzvü ünvanlı dövlət sosial yardımı alır. İlin əvvəlindən ünvanlı sosial yardım alanlara 297032 manat vəsait ödənilmişdir ki, bu da hər ailəyə orta hesabatla 121,0 manat təşkil edir.

Mərkəz tərəfindən 369 müharibə veteranına kommunal, nəqliyyat, və digər xidmətlərə görə 205,2 min manat müavinət, 100 şəhidin 128 ailə üzvünə, 121 müharibə əlilinə və 55 nəfər 1-ci qrup ümumi əlilə 453,2 min manat təqaüd, 251 ailənin yeni doğulmuş uşaqlarına 21,7 min manat, Çernobıl qəzasından zərər çəkən 8 nəfərə 1560 manat, cəzaçəkmə müəssisələrindən azad olan və maddi, tibbi yardıma ehtiyac olan 3 nəfərə 1260 manat, iki və daha çox məktəbli əlil uşağı   olan 134 ailənin 289 uşağına hər birinə 30 manat olmaqla 8670 manat, 3 dekabr Beynəlxalq əlillər günü münasibəti ilə daha çox ehtiyacı olan 120 nəfər əlilə 3600 manat birdəfəlik yardım verilib, 30 nəfər əlil və şəhid ailəsi pulsuz putyovkalarla  müalicə və istirahətə göndərilib. İl ərzində ümumilikdə bu məqsədlər üçün Fond üzrə 16 milyon 579 min manat, Mərkəz üzrə isə 3 milyon 83 min manat olmaqla cəmi 19662 min manat  vəsait xərclənilibr.Rayonda sosial təminatla məşğul olan hər iki təşkilatın pensiya və müavinət alanlara göstərdiyi xidmətdən ciddi narazılıq olmasa da, bəzi aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımla bağlı rayon İcra hakimiyyətinə müraciətlər ediblər.

2014-cü il ölkəmizdə kənd təsərrüfatı üçün çox çətin il oldu. Havaların uzun müddət isti və quraq keçməsi məhsul istehsalında xeyli çətinliklər yaratdı. Bütün çətinliklərə baxmayaraq aparılmış əlavə tədbirlər nəticəsində ötən il ölkəmizdə kənd təsərrüfatında 6 faiz, rayonumuzda da isə 7,1 faiz artıma nail olunub. Hesabat ilində rayonda 11,9 milyon manatlıq kənd təsərrüfatı məhsul buraxılışı təmin edilib ki, bu da əvvəlki illə müqayisədə 789 min manat çox olmaqla rayon üzrə ümumi daxili məhsul buraxılışının 47 faizindən çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2008-2015-ci illərdə Respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 25 avqust tarixli və “kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamları uğurla icra edilmişdir. Hesabat ilində istehsalçılara məhsul becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 203,9 min manat subsidiya verilib. Məhsul istehsalçılarına göstərilmiş dövlət dəstəyi nəticəsində rayonda ötən il 7654 ton taxıl, 594,7 ton tərəvəz, 58 ton bostan məhsulu, 73,8 ton qarğıdalı dəni, 460 ton şəkər çuğunduru istehsal edilib. Aqrar sektorda istehsalın bütün sahələri üzrə məhsuldarlıq göstəriciləri ötən illə müqayisədə artıb.

Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamı da aqrar sektorda yüksək nəticələr əldə olunması üçün önəmli stimul yaradıb. Həmin sərəncama əsasən cari ildə ölkə büdcəsindən “Aqrolizinq” ASC-yə yeni texnikaların alınması üçün 8 milyon, yüksək məhsuldar cins heyvanların alınması üçün isə 10 milyon olmaqla ümumilikdə 18 milyon manat ayrılıb. Artıq bu vəsait hesabına Respublikaya yeni texnikaların və damazlıq heyvanların gətirilməsinə başlanılıb. Kənd əhalisinə göstərilmiş belə dövlət dəstəkləri hesabına əhalinin heyvandarlıq məhsulları ilə tələbatının ödənilməsində daxili istehsalın həcmi xeyli yüksəlmiş, bu sahənin idxaldan asılılığı nəzərəçarpacaq dərəcədə azalıb.

 

 

Tarix
21 May 2015 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin