Ana səhifə
20 Sentyabr 2018

Əlillər Şəhidlər xiyabanını ziyarətə etməyə həsrət qalıb

Əlil arabasında gəzən əlillər hələ də şəhid olan döyüş yoldaşlarının məzarını ziyarət edə bilmir

 

 

Şəhidlər xiyabanı çoxlarımız üçün and yeridir. Əksər azərbaycanlı buranı ən azından ayda bir dəfə ziyarət etməyi özünə borc bilir. Amma bu müqəddəs yeri ziyarət etmək üçün heç də hamıya bərabər şərait yaradılmayıb. Şəhid olan soydaşlarımızın döyüş yoldaşlarınıın bir hissəsi fiziki sağlamlıqları imkan vermədiyi üçün onların məzarlarını ziyarət edə bilmir. I qrup Qarabağ əlili Hüseyn Həsənov da onlardan biridir. Torpaqlarımızın müdafiəsi uğrunda hər iki ayağını itirən H.Həsənov 1998-cü ildən dövlət tərəfindən əlil arabası ilə təmin olunub. Amma əlil arabası da onun istədiyi yerə getməsinə kömək etməyib. Bu gün Hüseyn Şəhidlər xiyabanını ziyarət etməyi çox istəsə də, orada əlil arabalarının hərəkəti üçün yerlər nəzərdə tutulmadığından bunu edə bilmir. Döyüş yoldaşlarının məzarlarını ziyarət edə bilməməyi özünə bağışlamayan Hüseyn Həsənov həm də cəmiyyətdən təcrid olunduqlarına təəssüflənir: «Biz bu torpağın müdafiəsi uğrunda ona görə döyüşmədik ki, əlil arabasında evdən çıxa bilməyək. Paytaxtın yeni təmir olunan küçələrində nəinki əlillərin hərəkəti asanlaşdı, hətta bardürlər o qədər hündür qoyuldu ki, yaşlı insanlar belə hərəkət etməkdə çətinlik çəkir. Yeni tikilən keçidlərdə qoyulan pantuslarda 3 adam saxlasa belə, əlil arabası ilə hərəkət mümkün deyil. 3 metr hündürlük olan yerlərdə pantusların uzunluğu ən azı 18-24 metr olmalıdır. Bizdə isə cəmi 5 metrdir və heç bir standart gözlənilməyib».

 

Halbuki Azərbaycanda 1998-ci ildə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı qəbul edilib. Həmin proqramda da əlillərin sosial infrastrukturlardan istifadə edə bilmələri üçün şəraitin yaradılması ilə bağlı bir sıra məsələlər öz əksini tapıb. Dövlət proqramında yollarda pantus qoyulması, əlil arabalarının normal hərəkəti üçün yeraltı və yerüstü keçidlərdə şərait yaradılması əksini tapmışdı. Həmçinin əlil arabasında telefon aparatlarının quraşdırılması, kor əlillərin yolu keçməsi üçün işıqforlarda səs siqnalının qurasdırılması nəzərdə tutulub. Qanuna görə, istənilən yeni tikilən bina və qurğu ekspertizadan keçirilərkən əlillər üçün də münasib olmasına diqqət yetirilməldir. Azərbaycan əlillərin hüquqlarının müdafiəsini özündə əks etdirən beynəlxalq konvensiyalara qoşulub. Əlilliyi olan şəxslərin hüquqları haqqında BƏT-in müvafiq konvensiyasına görə, əlil insanların bütün hüquq və azadlıqlardan tam yararlanmalarına, müstəqil yaşamalarına və cəmiyyətin həyatında fəal iştirak etmələrinə imkan yaradılmalıdır. Bu məqsədlə həm şəhər, həm də kənd ərazilərində əlil insanların digərləri ilə eyni əsaslarla ətraf mühitə, nəqliyyata, informasiya və kommunikasiya texnologiyalarına və sistemlərinə çatım imkanları olmalıdır. Əlillərin əhalinin yararlandığı digər imkanlardan, xidmətlərdən istifadə edə bilmələrindən ötrü tədbirlər həyata keçirilməlidir.

 

Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli dedi ki, aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət ediblər: "Qanunvericilikdə nəzərdə tutulan bu kimi işlərin yerinə yetirilməməsi məmurların işlərinə səhlənkarlıqla yanaşması ilə bağlıdır. Bəzən görüntü xatirinə əlillər üçün yeraltı keçidlərdə və yollarda bu məqsədlə yerlər qurulur. Amma hazırda paytaxtda tikilən yeraltı keçidlərdə əlillər üçün nəzərdə tutulan yerlərin bəziləri standartlara uyğun deyil. Həmin keçidlərdən əlillərin istifadəsi çox təhlükəlidir. Digər tərəfdən, əlillər üçün həmin keçidlərə düşmək asan olsa da, çıxmaq mümkünsüzdür".

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyir ki, problemin həlli sistemli yanaşma tələb edir: «Problemin indiyədək həll olunmamasına səbəb məmur diqqətsizliyi, vəzifə səlahiyyətinin tam dərk edilməməsi olub. Əlillərin cəmiyyətdə bütün imkanlardan yararlanmasının nə qədər zəruri olması da normal dərk olunmayıb. Halbuki Bakıdakı bütün universitet, xəstəxana, küçə, məktəb, ictimai nəqliyyat və bir sözlə, insanların daha çox istifadə etdiyi bütün yerlər əlillərin hərəkəti üçün uyğunlaşdırılmalıdır».

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən isə bildirirlər ki, bu məsələ onların səlahiyyətləri çərçivəsində deyil. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti Şəhidlər Xiyabanında yalnız təmizlik və abadlıq işləri ilə məşğul olur. Amma 2012-ci ilin yanvarından burada eskalator işləyir. Buradan əsa ilə hərəkət edən əlillər istifadə edə bilir. Yəqin ki, yaxın gələcəkdə əlil arabalarının hərəkəti üçün də yerlər tikiləcək.

 

 

Xalid

Tarix
21 Oktyabr 2014 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin