Ana səhifə
20 Sentyabr 2018

Kuklaçılar “Çəkməli pişik”i səhnələşdirir

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə start verilib. Uşaqların sevimli məkanında bu dəfə dünya ədəbiyyatına müraciət olunub.

 

 

 

 

Belə ki, balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik” tam fərqli yozum və səhnələşdirmə ilə teatrsevərlərin ixtiyarına veriləcək. Fransız şair və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə yeni səhnə həyatı verən teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə nümunəni  müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini dedi: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur.  Müəllifin əsərində bunu əsas götürməklə yalanın əslində pis vərdiş olduğunu və sadəcə zaman-zaman  yaxşılığa xidmət etdiyini göstərməyə çalışmışıq. Sonda, təbii ki, qəhrəmanların dilindən yalanın yaxşı vərdiş olmadığı, yaxşılıq xatirənə olsa belə adətə çevrilməməyi təlqin olunur”.

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Səhnə işində  əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.

Qeyd edək ki, Tamaşa bu teatr mövsümünün sonunadək balaca teatrsevərlərin ixtiyarına veriləcək.

Tarix
20 May 2015 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin