Ana səhifə
26 Sentyabr 2018

Səfir və Argentina rəsmisi Musiqili Teatrda...

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünya mədəniyyətinin bir çox tanınmış simaları, rəsmi dövlət adamları iştirak edir.

 

 

 

Forum çərçivəsində paytaxtımıza gələn qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkir, paytaxtın mədəni həyatı ilə daha yaxından tanış olurlar. Dünən Argentina Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva və Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı xanım Maria Elena Troncoso Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mötəbər qonaqları teatrın direktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Argentinaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə toxunulub.Sonra qonaqlar Musiqili Teatrda tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şəraitlə tanış olub, rejissor və aktyor heyyəti ilə görüşüblər. Cənab səfir Karlos Dante Riva Əliqismət Lalayevə teatrda yaradılmış şəraitin və peşəkar yaradıcı münasibətin çox yüksək səviyyədə olduğunu bildirib.

Tarix
20 May 2015 [23:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin