Ana səhifə
15 Noyabr 2018

Monteneqronun Azərbaycandakı səfiri Akademik Milli Dram Teatrında olub

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Monteneqronun Azərbaycandakı səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviçlə görüşüb.

 

 

 

 

İsrafil İsrafilov Şərqdə ilk avropatipli peşəkar teatr olan Azərbaycan teatrının tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlar haqqında ətraflı məlumat verib.  Görüşdə Azərbaycan və Monteneqro arasında mədəni münasibətlərin, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

Qeyd edək ki, Azərbaycan və Monteneqro teatrları arasında daha sıx və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək niyyət protokolunun imzalanması nəzərdə tutulub.

Tarix
20 May 2015 [23:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin