Ana səhifə
20 Sentyabr 2018

Ebola bananla yayıla bilər?

Şair Qurbanov: «Nə banan, nə də kofe kimi məhsullarla virusun ölkəyə gətirilməsi mümkün deyil»

 

 

Həcc ziyarətindən qayıdan zəvvarlarımızda ebola virusunun aşkarlanmadığı ilə bağlı məlumat açıqlanıb

 

 

Bütün dünyanı təşviş içində saxlayan Ebola virusundan ölənlərin sayı hər gün artır. Bu virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Hazırda 5 müxtəlif tipləri aşkarlanın virusa yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Qərbi Afrikada daha sürətlə yayılmaqda olan Ebola indiyədək təxminən 4500 insanın həyatına son qoyub. Bu da 40 il əvvəl aşkar edilən virusun törətdiyi ən geniş epidemiya halıdır. Ümümdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, indiyədək virusa 9 mindən çox adam yoluxub.

Bu arada yayılan məlumata görə, virus Afrika ölkələrindən respublikamıza idxal edilən bananla da keçə bilər. Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov isə Ebola virusunun Afrika ölkələrindən gətirilən bananla ölkəmizə keçməsini istisna edir: «Hazırda Afrika ölkələrindən gətirilən bu kimi məhsullarla virusun keçməsi ilə bağlı narahatlıq yarana bilər. Bəlkə insanlar fikirləşirlər ki, Afrika ölkələrində insanların əlləri banana, kofeyə dəyib, virus da onda qalıb. Amma bu, mümkün deyil, nə viruslar, nə də bakteriyalar açıq havada çox yaşaya bilməz. Amma vətəndaşların nəzərinə çatdırırıq ki, nə banan, nə də kofe kimi məhsullarla virusun ölkəyə gətirilməsi mümkün deyil».

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov da bildirib ki, meyvə ilə virusun ölkəyə gətirilməsi mümkün deyil: «Rəhbəri olduğum laboratoriya tərəfindən ölkəyə gətirilən bananların tərkibində ona verilən gübrənin və ağır metalların miqdarı yoxlanılır. Əgər bu göstəricilər normadan artıq olursa, onda onların satılmasının qarşısı alınır. Banan insan orqanizmi üçün faydalı olmaqla yanaşı, uşaqların immunitetini də qaldırır. Hazırda ölkəyə gətirilən bananların tərkibi normaldır və onlarla bağlı narahatlığa əsas yoxdur».

 

 

Azərbaycanlı zəvvarlar arasında ebola virusu ilə bağlı müraciət edənlər olmayıb

 

 

Qardaş Türkiyədə Həcc ziyarətindən qayıdan bir zəvvarın Ebola virusuna yoluxması təhlükəsi olduğundan karantiə alınması xəbəri yayılıb. Bu səbəbdən Həcc ziyarətindən qayıdaqların 2 həftə müddətinə nəzarətə götürülməsi qərara alınıb. Maraqlıdır ki, bu il respublikamızdan da təxminən 4 min nəfər zəvvar Həcc ziyarətinə yollanıb və onlarda da virusun olması istisna deyil.

Səhiyyə nazirliyindən isə bildirirlər ki, bununla bağlı heç bir narahatlığa əsas yoxdur. Həcc ziyarətindən vətənə qayıdan azərbaycanlı zəvvarlar arasında ebola virusu ilə bağlı müraciət edənlər olmayıb. Amma hər ehtimala qarşı respublikamızda ebola virusunun daşıyıcı aşkar edilərsə, bunun üçün xüsusi həkim briqadası hazırlanıb. Həmin virus daşıyıcısı da onlar tərəfindən nəzarətə götürüləcək.

Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov da mətbuata açıqlamasında zəvvarların ziyarətdən sonra təkrar müayinəsinə ehtiyac olmadığını vurğulayıb: «Ümumdünya Səhiyyə Təşkilatının rəsmi təsdiq olunmuş məlumatına əsasən, Ebola virusu  5 Afrika ölkəsi, İspaniya və ABŞ-da qeydə alınıb. Ölkənin sərhədlərində nəzarət Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Bizə verilən məlumata görə, bütün sərhədlərdə virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat – termovizor quraşdırılıb və işləyir. Orada bizim həkimlər tərəfindən nəzarət edilmir,  bu işlərin hamısı gömrük orqanları tərəfindən həyata keçirilir. Biz sadəcə, xüsusi cihazların quraşdırılmasını təklif etmişik və onlar da quraşdırılıb. Bu virus Azərbaycana keçsə belə ölkə səhiyyəsi ona qarşı mübarizə aparmağa tam hazırdır. Biz çalışırıq ki, virus Azərbaycana keçməsin, amma gəldiyi halda səhiyyə sistemində bütün lazımi hazırlıqlar görülüb».

Qeyd edək ki, 2014-cü ilin mart ayından bəri yayılan virusa ən çox yoluxma halları Qvineya, Liberiya və Syerra-Leonedə qeydə alınıb. Bunlar Qərbi Afrikada epidemiyanın ən geniş yayıldığı ölkələrdir.  Xəstəlik halları Nigeria və Senegalda da qeydə alınıb. Lakin, Ümümdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, Nigeriya Ebola virusundan azad zona elan edilib. Son 42 gündə ölkədə heç bir yeni yoluxma halı qeydə alınmayıb.

 

 

 

 Xalid

Tarix
21 Oktyabr 2014 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin