Ana səhifə
26 Sentyabr 2018

Bakıda bəzi nəzarətçilər "parkomat pulu"nu mənimsəyirlər

Lətif Axundov: «Xahiş edirik, vətəndaşlar zəhmət çəkib ödəməni özləri aparsınlar»

 

 

Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə pulu parkomatlara daxil etmək əvəzinə onları mənimsəyən nəzarətçilər cəzalandırılır, işdən çıxarılır, bəziləri isə hətta cinayət məsuliyyətinə cəlb edilirlər. Bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) rəisinin müavini Lətif Axundov deyib.
Onun sözlərinə görə, bəzi hallarda nəzarətçilər sürücülərdən pulu alıb parkomata daxil etmək əvəzinə özlərinə götürürlər: “Biz bununla bağlı dəfələrlə vətəndaşlara da, işçilərimizə də xəbərdarlıq etmişik. Bununla əlaqadar İdarədə daxili nəzarət qrupu yaradılıb. Onlar əraziləri gəzib belə qanunsuzluqları üzə çıxarırlar. Bir daha vətəndaşlara, sürücülərə bəyan edirik ki, parkomatlara nəzarət edən işçilərə pul verməsinlər. Xahiş edirik, vətəndaşlar zəhmət çəkib ödəməni özləri aparsınlar”.
L.Axundov qeyd edib ki, bununla əlaqədar dəfələrlə işçilərə tənbeh və cəzalar tətbiq olunub: “Hətta cinayət tərkibi olan hallarda polisə müraciət olunub. Bəzi işçilərə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin nəticə çıxarmadıqlarına görə işdən azad ediliblər. Belə nümunələr çoxdur. Həftədə ən azı 3-5 belə hal olur”.
XTAİ-nin rəis müavini bildirib ki, çox zaman bəzi sürücülər özləri qaydalara məhəl qoymur və ödəmələri həyata keçirməkdən imtina edirlər. Ödəməni tələb etdikdə isə nəzarətçilərə qarşı kobud rəftar edirlər. L.Axundov deyib ki, onların əməllərindən utanması və ictimai qınaq obyektinə çevrilməsi məqsədilə belə şəxslərin adları, avtomobillərinin marka və nömrələri mütəmadi olaraq ictimaiyyətə açıqlanır və bundan sonra da açıqlanacaq.

 

Samir

Tarix
21 Oktyabr 2014 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin