Ana səhifə
16 Noyabr 2018

“Universitetlər şəhər mərkəzindən kənara çoxdan köçürülməli idi”

Almaz Həsrət:Şəhərdaxili nəqliyyatın hərəkətində müəyyən stabillik yaranacaq”

 

 

 “Bu həm də tələbələrin dərslərə daha çox vaxt sərf etməsi baxımından da önəmlidir”

 

 

Bakıda yerləşən universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi haqda xəbərlərə tez-tez mətbuatda rast gəlinir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son məlumatında bildirilir ki, Ələt Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacaq. Qurumdan onu da qeyd ediblər ki, Zığ qəsəbəsində Təhsil, Elm və Texnologiyalar Parkının da yaradılacağı nəzərdə tutulub. Bununla bağlı təhsil eksperti Almaz Həsrət “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, universitetlər şəhər mərkəzindən kənara çoxdan köçürülməli idi: “Paytaxtda əhalinin sayının artımı, ali təhsil müəssisələrinin çoxalması, oraya tələbələrin axını ehtiyac yaratdı ki, universitetlər şəhər mərkəzindən kənara köçürülsün. Bununla şəhərdaxili nəqliyyatın hərəkətində müəyyən stabillik yaranacaq. Türkiyədə Hacettepe Universiteti var. Təhsil ocağı Ankara şəhərində olsa da, şəhərin mərkəzindən kənarda yerləşir. Kamp şəklindədir. Universitet elə bir ərazidə salınıb ki, ətrafında əlavə yaşayış yeri yoxdur. Kamp kimi yaradılan universitetin daxilində təhsil üçün binalarla yanaşı, həm tələbələr, həm də müəllimlər üçün yataqxanalar var. Bu sistem tətbiq olunarkən tələbələrin nəqliyyat problemi olmur. Bakı meqapolis şəhərlərdən biri sayılır. Paytaxt yollarında tıxaclar tələbə və müəllimlərin vaxtını aparır. Onlar dərslərə bəzən vaxtında yetişə bilmirlər. Dərsin ortasına, axırına gəlib çıxanlar da olur. Xüsusən də şəhər mərkəzində yerləşən təhsil ocaqlarında tələbələrin dərsə gecikmə halları baş verir. Avtobuslarda, metrolarda sıxlığın qarşısını almaq üçün müəyyən ali təhsil ocaqlarının şəhər mərkəzindən kənarda yerləşdirilməsi lazımdır. Bu təbii ki, o sıxlığın, tıxacın qarşısını ala biləcək. Tələbələr, müəllim heyəti yollarda çox vaxt sərf etməyəcəklər”.

Ekspert deyir ki, ali təhsil ocaqlarının şəhər mərkəzindən kənara köçürülməsi həm də tələbələrin dərslərə daha çox vaxt sərf etməsi baxımından da önəmlidir: “Tələbə dərsə gecikir, yollarda tıxac onu yorur. Və yorğunluq da tələbənin dərsi yaxşı qavramasına mane olur. Universitet tələbəyə yaxın olanda, onlar yollarda itirdikləri vaxtı daha səmərəli dəyərləndirə bilərlər”.

 

A.Həsrət onu da bildirdi ki, bütün universitetləri şəhər kənarına köçürməyə ehtiyac yoxdur: “Müəyyən sayda universitet şəhər kənarına köçürülsə, yetərli olar. Ən son tikilən ali təhsil müəssisələri şəhərdən kənara köçürülsə daha yaxşı olar. Məsələn, Bakı Dövlət Universitetinin köçürülməsini istəmərəm”.

 

 

Aygün Asimqızı 

Tarix
21 Oktyabr 2014 [14:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin