Ana səhifə
24 Sentyabr 2018

ASAN-da daha bir yenilik

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı “ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağının açılış mərasimi keçirilib. 
 

 

Ucnoqta.azqafqazinfo-ya istinadən xəbər evrir ki, tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov uşaq hüquqlarının qorunması sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Müvafiq sahənin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan İnam Kərimov xidmətin də bu məqsədlə təşkil olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümündə bu mərkəzinin açılmasının sevindirici olduğunu bildirib. “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün mütərəqqi addımların atıldığınıvurğulayan A.Şilakadze bu xidmətin təşkilinin dövlətin müvafiq sahəyə olan diqqətini biruzə etdiyini qeyd edib.

Qeyd edək ki, otaq uşaq hüquqi yardım xidmətlərinin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilməsi məqsədi üçün UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü çərçivəsində təşkil olunub.

 

Tarix
21 Oktyabr 2014 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin