Ana səhifə
22 Sentyabr 2018

Əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəlib

Bu sahələrdə narahatedici ciddi problem yaranmasına imkan verilməyib

 

 

 

Regionların sosia-iqtisadi inkişafı çərçəivəsində Cəbrayıl rayonu rəhbərliyi tərəfindən bir sıra sosial tədbirlər həyata keçirilib. Cəbrayıl  Rayon İcra Hakimiyyətində və yerli ərazi nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında əhali tərəfindən irəli sürülmüş təkliflərin icrası istiqamətində də il ərzində müəyyən işlər görülüb. Bu təkliflərdən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Spartak” istirahət düşərgəsində məskunlaşmış köçkün ailələrin içməli su ilə təmin edən su çəni yenisi ilə əvəz edilib, Abşeron rayonu Mexkalon yaşayış massivində fəaliyyət göstərən rayonun Çullu kənd tam orta məktəbin yerləşdiyi binaya elektrik sayğacı quraşdırılıb, məktəbdən yaxınlıqdakı dəmir yoluna qədər olan piyada yolu təmir edilib. Cəbrayıl və digər ərazisi işğal olunmuş rayonlardan olan məcburi köçkün ailələrinin məskunlaşdığı Sənaye Pedaqoji Texnikumunun yataqxanasına gələn su boruları təmizlənərək bərpa edilib, Suraxanı rayonu 3-cu mədən ərazisində fəaliyyət göstərən Hovuslu kənd tam orta məktəbi üçün rayon İcra Hakimiyyətinin maliyyə vəsaiti ilə 2013-cü ildə tikilmiş məktəb binasına istilik sistemi quraşdırılıb, Qaradağ rayonu Müşfiqabad məcburi köçkün qəsəbəsinə Kapital bankın bankomatları quraşdırılıb, qəsəbəyə işləyən avtobusların sayı artırılıb.

Rayon əhalisinin 30 faizə qədərinin məskunlaşdığı 11 qəsəbədə ümumi narahatlıq yaradan bir neçə vacib problem də 2014-cü ildə öz müsbət həllini tapıb. Belə ki, son illərdə 4 saylı qəsəbə  ərazisində tikilmiş 2,5 hektar sahəsi olan Park, İcra Hakimiyyəti üçün inzibati bina və şəhidlərimizin xatirəsinə ucaldılmış Şəhid Abidə Kompleksi qəsəbələrarası magistral yol boyunca olmaqla hərəkət zolağına yaxın yerləşdiyindən Parka istirahətə və Şəhidlərimizi ziyarətə gələnlər, həmçinin icra Hakimiyyətinə və binada yerləşən digər xidmət təşkilatlarına iş üçün gələn vətəndaşlar daim təhlükə ilə üzləşirdilər. Bu vəziyyəti aradan qaldırmaq üçün yolun həmin ərazidən keçən hissəsinə paralel 30 metr aralıda, kollektor-drenaj şəbəkəsi boyunca alternativ yol çəkilməsinə zərurət yaranmışdı. Bununla bağlı xahişimiz nəzərə alınaraq “Azəryolservis” ASC-nin köməkliyi ilə 54 saylı Cəbrayıl yol istismarı idarəsi  tərəfindən 700 metr uzunluğunda yol yatağı tikilmiş və üzərindən 7 sm asfalt – beton  örtük qoyularaq keçən ilin noyabr ayında köçkünlərimizin istifadəsinə verilmişdir. İndi qəsəbə əhalisi maneəsiz olaraq parka, Şəhidlər xiyabanına, İcra Hakimiyyətinə və burada yerləşən xidmət idarələrinə təhlükəsiz gəlib-gedə bilirlər.

İkinci narahat edici problem qəsəbələrdə iş üçün ezamiyyətə gələn şəxslərin gecələməsi üçün ictimai yerin olmaması idi. Bu səbəbdən ezamiyyətə  gələn nümayəndələr iş vaxtından sonra məsafəcə 25 km aralıda yerləşən İmişli və digər uzaq rayonlarda gecələmək məcburiyyətində qalırdılar. Bu il icra hakimiyyətinin balansında olan 6 saylı qəsəbədəki inzibati bina rekonstruksiya işləri aparılmaqla əsaslı təmir edilib və zəruri məişət avadanlıqları ilə təchiz edilərək qəsəbələrə gələn qonaqların istifadəsinə verilib. Buradan rəsmi nümayəndələrlə yanaşı, hər bir qəsəbə sakini də öz ailə qonaqları üçün istifadə edə bilirlər.

Bundan əlavə 19 minə yaxın rayon əhalisinin məskunlaşdığı bu qəsəbələrdə ehtiyac duyulan Gənclər evi, hazırda yaşayış evində fəaliyyət göstərən Gigiyena və Epidemologiya Mərkəzinə, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Əhalinin Sosial Müdafiə Mərkəzi və Təhsil şöbəsi üçün inzibati bina tikilməsi  barədə adı çəkilən təşkilatların tabe olduqları nazirliklərə rəsmi məktubla müraciət edilərək, həmin tikililərin “Regionların Strateji İnkişaf İstiqamətlərini özündə əks etdirən 2014-2018-ci illər üzrə Dövlət Proqramı” layihəsinə daxil edilməsi barədə təşəbbüs göstərmələri xahiş edilib.

Qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərə kommunal və digər xidmətləri həyata keçirən xidmət idarələri əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəlib, il ərzində bu sahələrdə narahatedici ciddi problem yaranmasına imkan verilməyib. Belə ki, Mənzil İstismar sahəsi tərəfindən hesabat ilində təmirə ciddi ehtiyac olan 30 mənzildə təmir işləri aparılıb, ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşmüş 9 saylı qəsəbədə 79 nömrəli 2 otaqlı  mənzil və 10 saylı qəsəbədə 105 nömrəli 3 otaqlı mənzil əsaslı təmir edilərək sahiblərinin istifadəsinə verilib, 53 evin dam örtüyündə yaranmış xırda qüsurlar baxılaraq aradan qaldırılıb. Həmçinin 11 qəsəbə üzrə 2800 m qəsəbə daxili suvarma sularının axarları təmizlənmiş, 7, 8, 9, 10 və 11 saylı qəsəbələrdə suvarma suyu keçən 96 ədəd boru texnika ilə çıxarılıb təmizlənərək yenidən yol keçidlərinə qoyulmuş, 3 saylı qəsəbədə su çıxmayan həyətləri suvaran bir kilometr 90 mm-lik dəmir boru plastik boru ilə əvəz edilib.

Cəbrayıl Sukanal idarəsi il ərzində qəsəbələrdə məskunlaşmış əhaliyə 573580 manat, qəsəbə ərazisində fəaliyyət göstərən idarə və müəssisələrə 16914 manat dəyərində içməli su xidməti göstərmişdir. İstifadəçilərə  keyfiyyətli və qrafikə uyğun içməli  su verilməsi məqsədi ilə 1 ədəd artezian quyusu əsaslı təmir edilib, hər birinin tutumu 2000 m3 olan 4, tutumu 200 m3 olan 1, tutumu 100 m3 olan 5 ədəd su anbarı yuyularaq dezinfeksiya edilib, su vuran mühərriklər vaxtaşırı təmir edilərək saz vəziyyətdə saxlanıb. Bunun sayəsində bu il havaların isti və quraq keçməsinə baxmayaraq içməli su ilə təminatda heç bir problem və fasilə yaranmayıb. Bununla belə 2007-ci ildə istifadəyə verilib. 1856 evdən ibarət 5 qəsəbədə yeraltı su boruları arıq eroziyaya uğradığından artıq bu boruların plastik borularla əvəz edilməsinə zərurət yaranıb. Bununla bağlı 2015-ci ildə aidiyyəti qurumlarla birlikdə iş aparılacaqdır.

Qəsəbədə fəaliyyət göstərən 54 saylı Cəbrayıl yol istismarı idarəsi 2014-cü ildə ümumilikdə xidmətində olan 27 km Biləsuvar–Bəhrəmtəpə magistral yoluna, eləcə də qəsəbələrə giriş və 11 qəsəbəni birləşdirən 24,7 km yola xidmət göstərib. İlin isti fəsillərində qəsəbələr arası yolun dağılmış hissələrində  təmir - bərpa işləri aparmış, istifadəyə yararlı vəziyyətdə qalması üçün vaxtaşırı qulluq göstərilib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar qum tədarük edilmiş, mövcud texnikalar saz vəziyyətə gətirilib. Həmçinın qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərimiz ötən hesabat ilində fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilmiş, enerji ilə bağlı heç bir problem olmayıb.

Zəhmətsevər Cəbrayıl əhalisi dövlətimizin onlara göstərdiyi qayğıdan, yaratdığı şəraitdən istifadə edərək ailələrini dolandırmaq üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonların müxtəlif sahələrində çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yerli əhali ilə birgə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Sevindirici hal odur ki, Azərbaycanın bütün bölgələrinin əhalisi Cəbrayıllıların milli-mənəvi dəyərlərimizə uyğun hərəkət etmələrindən, dövlətimizə, xalqımıza və Dövlət başçımıza böyük sədaqət nümayiş etdirmələrindən danışırlar. Bu əhalimizin Ölkə başçısı cənab İlham Əliyevə böyük inam və etibarından qaynaqlanır. Onlar inanırlar ki, İlham Əliyev cənablarının apardığı düşünülmüş siyasət, yaratdığı siyasi sabitlik və günbəgün artmaqda olan iqtisadi-siyasi gücümüz sonda tezliklə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək, məhz onun rəhbərliyi ilə öz doğma yurdlarımıza qayıdacağıq.

Bu nikbinlik əhalimizdə fəal məşğulluq həvəsi yaradır, ailə büdcələrini öz zəhmətləri ilə formalaşdırmağa ruhlandırır. Yaranmış münbit şəraitdən istifadə edərək əhalimizdən xeyli hissəsi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yeni qəsəbədə hər bir ailəyə verilmiş həyətyanı və pay torpaqlarında kənd təsərrüfatı məhsulları istehsal edirlər.

Rayonda sahibkarlığın inkişafına şərait yaradılıb, qəsəbələrdə bu istiqamətlə məşğul olmaq istəyi ilə müraciət edən vətəndaşlara maneəsiz olaraq torpaq sahələri ayrılıb, öz bizneslərini qurmaq üçün onlara güzəştli kreditlərin verilməsi təmin edilib. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəbrayıllı məcburi köçkünlərin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisində salınıb qəsəbələrdə 2002-2014-cü illər ərzində 5 dəfə kredit yarmarkası keçirilib, bu müddət ərzində Cəbrayıl rayonundan olan 251 məcburi köçkünə 1,7 milyon manat, o cümlədən 2014-cü ildə 34 məcburi köçkünə 265,5 min manat dövlətin güzəştli kreditləri verilib. Verilən  kreditlər hesabına cəmi 389, o cümlədən 2014-cü ildə 45 yeni iş yerinin açılması imkanı yaranıb. Ümumilikdə isə rayon üzrə 2004-2014-cü illər ərzində  1712, keçən ildə isə 145 daimi iş yeri açılıb.

 

Tarix
20 May 2015 [19:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin