Ana səhifə
21 Oktyabr 2018

"Ermənistan istənilən an Gürcüstana hücum edə bilər" - Politoloq

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi böyük rüsvayçılıq qarşısındadır və onun xilası yalnız Rusiyanın əlindədir. Ucnoqta.az bildirir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəyin və kimin hesabına baş tutması hamıya, xüsusilə avropalılara yaxşı bəllidir: "Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyanı Moskvada bir gecə yubatmasının ardından, səhəri gün erməni prezident özü ölkəsinin Gömrük İttifaqı və ya Avrasiya İqtisadi Birliyinə qoşulmasınnı xahiş etdi. Avropalılar isə Ermənistanın Aİ-nin “Şərq tərəfdaşlığı” proqramına qoşulacağına, dair assosiativ müqaviləni imzalayacağına hazırlaşmışdılar. Belə ki, adı çəkilən müqavilə tam hazırlanmış və paraflanmışdı. Müqavilədən son anda imtina edən Ermənistan bununla da Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iflasının təməlini qoydu. Həmin iflas sonda Ukraynanın parçalanması ilə nəticələndi. Ukrayna parçalandıqdan sonra Aİ assosiativ müqavilənin Ukrayna ilə imzalanmış hissəsini dondurdu. Ukrayna yalnız 2016-cı ilin 1 yanvarından sonra bu mövzuya qayıda bilər".
M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan istənilən anda Rusiyanın əmri ilə Gürcüstana hücum edə bilər: "Əgər öz mənfəətini rəsmi Moskvanın əmri ilə rədd edibsə, demək Rusiyanın istənilən əmrini yerinə yetirməyə məhkumdur. Avrasiya İqtisadi Birliyinə daxil olma barədə müqaviləni Minskdə imzalarkən S.Sərkisyan şərəfinə and içdi ki, bu müqaviləni olduğu kimi yerinə yetirəcək. Rusiya, Qazaxıstan və Belarus liderləri S.Sərkisyanın ikibaşlı oyunlarını, vədə naxələf çıxmasını bildikləri üçün ona and içdirdilər. Elə həmin gün bir az ondan əvvəl MDB sammitinin iclasında S.Sərkisyan Rusiya ilə hərbi əməkdaşlığın Ermənistan üçün vacib olduğunu bildirdi. O, indiki mərhələdə hərbi əməkdaşlığı sərhədlərin təhlükəsizliyi ilə əlaqələndirdi".
Politoloq hesab edir ki, dörd ölkə ilə əhatələnmiş Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qoruyur; heç bir problem yoxdur: "Rusiya qoşunlarının həmin sərhədlərdə dayanması heç vaxt müzakirə mövzusu olmayıb. Rusiya Ermənistanın sərhəd təhlükəsizliyi dedikdə, bu ölkənin daha iki qonşusu -Gürcüstan və Azərbaycan ilə sərhədini öz nəzarətinə almasını nəzərdə tutur. S.Sərkisyan MDB sammitindəki çıxışında ona razılığını verdi. Məsələnin çoxdan gündəlikdə olmasına baxmayaraq, proses yaxın vaxtlar da başlayacaq. Ermənistan Təhlükəsizlik Şurasının sədri A. Baqdasaryan istefa verməsəydi, RF-in “Russərhəd” xidməti may ayında hər şeyi həll edəcəkdi. Deməli, Ermənistanın Gürcüstan sərhəddi vasitəsilə Aİ ilə əlaqələri Rusiya tərəfdən koordinasiya olunacaq. Həmçinin Ermənistan ilə Dağlıq Qarabağ arasındakı gömrük və sərhəd-keçid məntəqəsinə də Rusiya hərbçiləri vasitəsilə nəzarət olunacaq. Bir az gözləmək lazımdır: bütün bunlar göstərir ki, 2013-cü ilin 3 sentyabrından sonra Ermənistan Rusiyanın qarşısında daha müti və sözəbaxan olub. İndi ABŞ və Rusiya arasında kəskin geosiyasi mübarizə gedir. Bu mübarizə ATƏT MQ vasitəçiliyinə də sirayət edib".
Onun sözlərinə görə, ABŞ V.Putinin təşəbbüsü ilə keçirilmiş prezidentlərin Soçi görüşünün statusunu və əhəmiyyətini aşağıladı. Belə olan təqdirdə Rusiya istənilən vaxt ABŞ-a cavab verə bilər: "Birinci variant Rusiyanın ATƏT MQ həmsədrliyindən imtina etməsidir. Bununla da ATƏT MQ ömrünü başa vurur. Nəticədə ABŞ-ın Rusiyaya qarşı təzyiq müstəvilərindən biri aradan qalxır. İkinci variant Ermənistanın ATƏT MQ vasitəçiliyindən imtina etməsidir. Ermənistan bunu könüllü etməyəcək. Belə ki, ATƏT MQ-nin konsensus mexanizmi Ermənistanın əlində tənzimləməni tormozlayan ən böyük alətdir. Buna baxmayaraq, Rusiya Ermənistana ATƏT MQ-dən imtina etməyi əmr etsə, Ermənistan bu əmri də yerinə yetirməyə məcburdur. İndiki dövrdə ATƏT MQ-nin fəaliyyətinin dayandırılması bu qurum üçün ən böyük rüsvayçılıqdır. Qəribə burasıdır ki ATƏT MQ özünü bu rüsvayçılıqdan xilas etmə mexanizminə malik deyil. Xilasetmə mexanizmi Rusiyanın əlindədir".

Tarix
21 Oktyabr 2014 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin