Ana səhifə
24 Sentyabr 2018

Komitə sədri vətəndaşları qəbul etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib.

 

Ucnoqta.azxəbər verir ki, apa-nın verdiyi məlumata görə, qəbulda Şirvan şəhəri ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının sakinləri iştirak edib.

Qəbul zamanı əsasən adı çəkilən rayonların axundları, din xadimləri, dini icmaların rəhbərləri və digər sakinlər komitə sədrinə müxtəlif məzmunlarda müraciətlər edib.

Müraciətlərdə əsasən dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təchizatı və təminatı kimi suallar yer alıb. Bəzi müraciətlər yerində öz həllini tapıb. Bəzilərinin həll olunması üçün göstərişlər verilib. Komitə sədri müraciətlərin bəzilərinə tövsiyə xarakterli cavablar verib.

Mübariz Qurbanlı deyib ki, yas mərasimlərində həddindən artıq israfçılıq, eyni zamanda məzarlıqların dəbdəbəli salınması din tərəfindən də  yolverilməzdir: “Biz də sadəcə, insanlara bunların yolverilməz olduğunu xatırladaraq, onlara tövsiyə edirik ki, yas mərasimləri zamanı israfçılığa və ifrata varmaq olmaz. Yas mərasimləri istisna olmaqla digər dini bayram və mərasimlərdə xeyriyyə tədbirlərinin keçirilməsinə isə heç bir məhdudiyyət qoyulmur”.

 

Tarix
21 Oktyabr 2014 [13:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin