Ana səhifə
21 Oktyabr 2018

“Bir aydır eşq yaşayırıq” – Təranə

Prodüser Təranə Səmədova şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib. 

Ucnoqta.az xəbər verir ki, prodüser həyatında birinin olduğunu, gözəl sevgi münasibəti yaşadığını deyib:

“Son vaxtlar şəxsi həyatım haqda çox xəbərlər yazıldı. Qızımın atası ilə bağlı açıqlamalarımı hər kəs qınadı. Buna görə üzülmürəm. Hazırda çox xoşbəxtəm: sevilirəm və sevirəm. Hər bir qadına sevilməyi arzu edirəm. Gözəl bir münasibətim var. O insanla bir aydır eşq yaşayırıq. Bu münasibətin ciddi və ya qeyri-ciddi olacağını deyə bilmərəm. Evliliyi düşünmürük. Amma gələcəkdə nə baş verəcəyini bilmək olmaz. Əsas odur ki, bir-birimizə qarşılıqlı hörmət edirik, dəyər veririk. Zamanı gələndə kim olduğunu deyəcəm. Bu yaxınlarda Aygün Kazımova cəsur bir addım atıb, sevgilisinin kimliyini açıqladı. Təəssüf ki, mənim onun qədər cəsarətim yoxdur. Sevgilim məmur oğlu deyil. Şou-biznesə yaxın biridir. Amma kimliyini hələ ki, gizlətməliyəm. O, qızımla bağlı açıqlamalara görə məni qınamadı. Bilir ki, düz danışmağı sevirəm. Nə olsa, ona açıq-aşkar söyləyirəm, o da hər zaman arxamda dayandığını deyir”.

Təranə məşqçi Ceyhun Vəliyevlə sevgi yaşaması xəbərlərini isə təkzib edib:

“Ceyhunun yanında məşq edirəm. Eyni zamanda da onunla işbirliyimiz var. Yeni açılan idman zalının piar meneceri olacam. Başqa bir münasibətimiz yoxdur”.(Axşam.az)

 

Tarix
3 Oktyabr 2014 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin