Ana səhifə
19 İyun 2018

Azərbaycanda hər ailənin öz həkimi olacaq - Rəsmi

"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri gedir". 



APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, icbari tibbi sığorta əvvəl pilot şəkildə həyata keçiriləcək, sonra isə bütün respublikanı əhatə edəcək: "Yaxın zamanlarda bunu tətbiq edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi əvvəlcə problemlə qarşılanıb. Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib. Bütün bunları nəzərə alaraq biz bu işə elə başlamaq istəyirik ki, sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi düşünürük. Qanunvericilik bazası da hazırdır".

Nazir müavini, ailə həkimi məsələsinə də toxunub və Azərbaycanda bu təcrübənin olduğunu bildirib: "Artıq bir neçə ildir ki, Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş vüsət alacaq. Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə həkimləri öz funksiyasını daha yaxşı göstərəcək".

Tarix
25 Sentyabr 2014 [17:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin