Ana səhifə
18 Noyabr 2018

Qaradağ rayonunda 670 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Maliyyə mənbələri hesabına 591 milyon manat investisiya yatırılıb

 

 

 

Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır, ölkəmizdə sürətli inkişaf prosesi gedir, düşünülmüş və müstəqil siyasət aparılır. Son 11 ildə əldə olunmuş uğurlar Azərbaycanın maliyyə imkanlarının artmasına, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasına, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın dəstəklənməsinə, biznes mühütinin yaxşılaşdırılmasına, iqtisadi rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşlaşdırılmasına səbəb olub. Bununla yanaşı Azərbaycanın beynəlxalq arenada nüfuzu artıb. Bütün bu yüksək iqtisadi göstəricilər regionların sosial-iqtisadi inkişafında da öz təsdiqini tapıb. Regionların inkişafına dair icra olunmuş Dövlət proqramları ölkəmizin müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratmaqla tərəqqi prosesini sürətləndirib. Regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramın təsdiq edilməsi yeni məçrhələnin əsasını qoyub.  Bu proqramda iqtisadiyyatının dinamik inkişafı, həyat səviyyəsinin yaxşladırılması, bütün regionlarda mövcüd potensialdan səmərəli istifadə eməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsalat müəssisələrinin yaradılması, mövcüd sahələrdə istehsalat fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Artğıq bu proqramın birinci ili başa çatıb. Nəticələr müsbətdir. Bunu Qaradağ rayonunun timasalında da görmək olar. Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatıneda məlum olur ki, rayon üzrə sənaye məhsulunun ümumi həcmi 670 milyon manatlıq və ya 21, 9 faiz çox sənaye məhsulu istehsal edilib və ya xidmətlər göstərilib. 2014-cü ilin yanvar-dekabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 9,9 milyon manatlıq xidmətlər göstərilib. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 591 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 433,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 524,6 min ton xam neft və 746,1 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 2 milyon ton sement, 145,8 min ton mişar daşı istehsal edilib. Hesabat ilində rabitə xidmətlərinin həcmi 2,3 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çox olub. Əhaliyə göstərilən pullu xidmətlər isə 117,4 milyon manat oluüb.

2014-ci il ərzində rayonumuzda orta aylıq əmək haqqı 766,2 manat olub. Ötən il 1299 ailəyə (5234 nəfər) orta hesabla 139,2 manat məbləğində ünvanlı sosial yardım verilib. Əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər və müavinətlər ödənilib. Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirib. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlər keçirilib. "Norm" sement zavodunun açılaraq fəaliyyətə başlayıb. Ələt qəsəbəsində Bakı Dəniz Ticarət Limanının inşasının birinci mərhələsinin birinci fazası tamamlanıb, artıq Bakı Bərəsi fəaliyyətə başlayıb. Limanın layihəsinin növbəti mərhələlərinin tikintisi uğurla davam etdirilir. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Bu kompleksdə 2000 nəfərə kimi işlə təmin olunacaqdır. Bütövlükdə 2014-cü il ərzində rayonumuzda 1497 yeni iş yeri açılıb.

Ötən il rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 147 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 811 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilib. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 35 min 300 metr mövcud qaz xətti yenisi ilə əvəz edilib.

Göründüyü kimi Azərbaycanın güclü sənaye mərkəzlərindən birinə çevrilən Qaradağ rayonu ölkə iqtisadiyyatındja önəmli rol oynayır. Bu bir reallıqdır. Rayonun ərazisinin çox böyük olması və çoğrafi vəziyyəti buranı böyük sənaye mərkəzinə çevirmək üçün yaxşı imkanlar yaradır. Burada yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına, insanların həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxarır. Rayon ərazisində yerləşən bəzi müəssisələr yalnız respublika deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir. Məsələn, yuxarıda qeyt etdiyimiz Səngəçal  terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.

Hesabat dövrü ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən müxtəlif diametrli 6 min 700 metr yeni su xətti çəkilmiş, 2 min metrə yaxın su xətti isə dəyişdirilmişdir. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilib. 2014-cü ildə Qaradağ rayonunda abadlıq-quruculuq işləri aparılmış, qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınıb. 11 oktyabr 2014-cü il tarixində Lökbatan qəsəbəsində inşa edilmiş beş ədəd yeni doqquzmərtəbəli yaşayış binaları neftçilərin istifadəsinə verilib.

Lökbatan qəsəbəsində uzun illərdir qəzalı vəziyyətdə olan qamış konstruksiyalı evlərdə yaşayan sakinlər üçün ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən yaxın günlərdə yeni çoxmərtəbəli yaşayış mənzillərinin tikintisinə başlanacaqdır. Hazırda inşa ediləcək binanın layihə-smeta sənədləri hazırlanır. Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Qobustan qoruğuna gedən yolun sol və sağ hissəsinə yaşıllıq zolaqları salınıb, müxtəlif növlü ağac və gül kolları əkilib. Bunlar ray         onun simasını tamamilə dəyişib. İnsanların istirahəti üçün parklar yenidən qurulub. Onların sahələri artırılıb. Bu işlər bu il də davam etdirilir.

Tarix
19 May 2015 [22:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin