Ana səhifə
25 Sentyabr 2018

Cəbrayıl rayonundan olan 5200 köçkün ailələri yeni mənzillərə köçürülüb

Son 10 ildə kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb

 

 

 

2014-cü il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, əhalinin rifahının daha da yüksəlməsinin təmin olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması sahəsində uğurlu il kimi tarixdə qaldı. Dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın inkişafına təsir etmədi. Bunun başlıca səbəbi ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olması, xalqla iqtidar arasındakı birlikdir.

Cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi prinsipinin nəticəsi olaraq son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatıb. Ötən il ümumi daxili məhsulun artımı 2,8 faiz, qeyri-neft sektorunda artım 7 faiz təşkil edib. Əhalinin məşğulluq səviyyəsi artıb, ümumilikdə 1 milyon 300 min, o cümlədən 2014-cü ildə 123 mindən çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 4.9 faiz, yoxsulluq səviyyəsi 5 faizə enib. Ölkə iqtisadiyyatına 2014-cü ildə 27 milyard dollar investisiya qoyulub ki, ondan da 16 milyard dollarını daxili sərmayə təşkil edir. Böhranın davam etdiyi bir şəraitdə böyük maliyyə tələb edən layihələrin icrasına baxmayaraq valyuta ehtiyatımız 50 milyard dollardan çox olub. Ölkə başçısının daim nəzarətdə saxladığı qaçqın və məcburi köçkün problemlərinin həlli ötən ildə də prioritet məsələlər sırasında olub. 2014-cü ildə soydaşlarımızın sosial problemlərinin həlli üçün 630 milyon manat vəsait xərclənib ki, bu da hər bir nəfər məcburi köçkünə təxminən 1170 manat vəsait təşkil edir. İl ərzində 4450 ailə və ya 22 min məcburi köçkün yeni mənzillərə köçürülüb. Ümumilikdə indiyə qədər isə 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət  müasir yaşayış kompleksi salınıb, 46 min ailənin və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Azərbaycanın son 11 ildə iqtisadi artımını əhali öz rifahında real görür və eyni zamanda bunu mötəbər beynəlxalq iqtisadi qurumlar da qeyd edirlər. Davos Dünya İqtisadi Formunun hesabatlarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülüb. Yəni ölkəmiz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır.

Keçən il həm də sənaye ili kimi yadda qaldı. Cənab Prezidentin müvafiq sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edildi, il ərzində 230-dan çox sənaye müəssisəsi yaradıldı, həmçinin bir neçə iri layihələr icra edildi. Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının, Şəmkirçay su anbarının, eyni zamanda böyük sənaye müəssisələri, o cümlədən “Norm” sement zavodunun istifadəyə verilməsi təmin edildi.

Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərimizə mənfi təsir etməsinə baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, Instisional islahatlar nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaqdır.

Görülən bu kimi qlobal layihələr bütün dünya ölkələrinin Azərbaycana marağını və inamını bir daha artırır, dünya əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi üçün şərait yaradır. Ümumilikdə son 10 ildə Azərbaycanın 300-dən çox beynəlxalq idman yarışlarına, dünya əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu il isə birinci Avropa oyunlarının Bakıda keçirilməsi buna bariz nümunədir.

Keçən 2014-cü ildə məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olub, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Cənab Prezidentin 01 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və müvafiq sərəncamlarla bu Proqrama edilmiş əlavələrə uyğun olaraq son 10 il ərzində Cəbrayıl rayonundan olan köçkün ailələrindən 5200-dən çox ailə dövlət tərəfindən tikilmiş yeni qəsəbələrdə, hündür mərtəbəli yaşayış kompleksində hər cür şəraiti olan mənzillərə köçürülüb, ailənin hər bir üzvünə yemək  xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb.  Məcburi köçkünlərlə bağlı Dövlət Proqramında  və ona təsdiq edilmiş əlavələrdə  rayona aid olan cəmi 41 tədbirdən 12-i tam icra edilib, 26-ı icra olunur, 3 tədbirin isə zərurət olmadığından icrasına ehtiyac yaranmayıb.

Hesabat ilində Respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 16716 ailədə birləşmiş 76598 nəfər rayon əhalisi ilə müntəzəm əlaqələr qurulub, onların qarşılaşdıqları problemlərin həllinə yardımçı olmağa çalışıb. Rayon İcra Hakimiyyətinə müraciət edən maddi ehtiyacı olanlara, ağır xəstəlikdən əziyyət çəkənlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, fövqəladə hadisələrdən zərər çəkmiş şəxslərə imkan daxilində maddi köməklik edilib, onlara mənəvi dəstək olmağa çalışılıb. Rayonun büdcədən maliyyələşən təşkilatlarında çalışan işçilərin könüllü olaraq aylıq əmək haqqılarından ayırdıqları 1 faiz vəsait hesabına formalaşmış İcra hakimiyyətinin “Xeyriyyə” fondundan  və digər mənbələrdən aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, Çernobıl iştirakçılarına və digər mədəni – kütləvi tədbirlərə ümumilikdə 130,7 min manat vəsait xərclənib. Ondan ağır xəstəlikdən əziyyət çəkən 29 nəfərə 28.3 min manat, yaşayış evi və ev əşyaları yanmış 9 ailəyə 7,5 min manat məbləğində maddi köməklik edilib. Dövlət büdcəsindən isə məcburi köçkünlərə il ərzində 13 milyon 395 min manat yemək xərci müavinəti ödənilib. İcra hakimiyyətindən verilən bütün təyinatlar üzrə maddi yardımlar köçkünlərimizin faktiki məskunlaşdıqları yerdə fəaliyyət göstərən banklara, yemək xərci üçün dövlət büdcəsindən verilən müavinətlər isə vətəndaşların adlarına olan plastik kartlara köçürülüb.

İl ərzində rayon üzrə məcburi köçkünlərə dövlət büdcəsindən verilən müavinət və kommunal xidmətlərə görə verilən kompensasiya, iş yerlərini məcburi itirmələrinə görə işləməyən işçilərə büdcədən verilən orta əmək haqqı, pensiya və müavinətlərin məbləğini ümumi rayon əhalisinin sayına böldükdə hər adam başına 90 manat vəsait düşür. Həmçinin nəzərə alınmalıdır ki, artıq məcburi köçkünlərimizin əksəriyyəti regionlarda geniş vüsət alan abadlıq-quruculuq işlərində, istifadəyə verilən iri həcmli istehsal, emal təyinatlı müəssisələrdə çalışır, məskunlaşdıqları ərazidə şəxsi təsərrüfatla və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıblar.

Son vaxtlar Bakı və Bakı ətrafı ərazilərdə məskunlaşmış məcburi köçkün əhalidən bəzilərinin şəxsi məsələlərini bəhanə edərək yaratmaq istədiyi narazılıqları yerindəcə araşdırmaq və operativ olaraq həll etmək məqsədi ilə Bakı şəhərindəki rayon qərargahının işi gücləndirilib, birinci müavin və əlavə bir nəfər məsul işçi  hər iş günü səhər saat 9.00-dan etibarən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən işə başlaması və Komitə ilə əlaqəli fəaliyyət göstərməsi qərarlaşıfb. Artıq xeyli müddətdir davam edən belə iş rejimi müsbət nəticə vermiş, hər xırda şəxsi problemlərlə əlaqədar Komitəyə gələnlərin sayı xeyli azalıb.

Əhalimizin kompakt məskunlaşdığı, xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə köçkünlərimiz il ərzində fasiləsiz olaraq enerji, içməli su və digər kommunal xidmətlərlə təmin olunub, zəruri ehtiyacları operativ olaraq həll edilib. Belə ki, hesabat ilində 2003-cü ildə istifadəyə verilmiş hər birində 429 ailənin yaşadığı 5 və 6 nömrəli qəsəbələrdə daxili yollar Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun layihəsi əsasında tam əsaslı təmir edilib, digər qəsəbələrin ara yollarının yararsız hissələrinə qum-çınqıl döşənib. Bu qəsəbələrdə fəaliyyət göstərən hər biri 198 şagird yerlik 6 tam orta məktəbdə və 50 yerlik 6 uşaq bağçasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən quraşdırılmış günəş enerjisi ilə işləyən qızdırıcı sistemin 2014-cü ildə işə salınması hesabına bu müəssisələrin payız-qış mövsümündə qızdırılmasında əvvəllər mövcud olmuş ciddi problem tam müsbət həllini tapıb.

 

 

 

 

Tarix
19 May 2015 [21:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin