Ana səhifə
19 Sentyabr 2018

Neft Tullantılarını İdarəetmə Mərkəzi istismara veriləcək

Ucnoqta.az xəbər verir ki, bir il ərzində ARDNŞ müasir Neft Tullantılarının Utilizasiyası və İdarəetmə Mərkəzinin yaradılması prosesini başa çatdıracaq. Bu barədə çərşənbə günü "Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit" beynəlxalq konfransında ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunda yerləşəcək mərkəzin tikintisi Britaniyanın BP şirkəti ilə birgə aparılır: "Mərkəzin tikintisi bu ilin yayında başlayıb və işlərin il ərzində başa çatdırılması planlaşdırılır".

R.Hüseynzadə deyib ki, mərkəz ən müasir avadanlıqlarla təchiz ediləcək. Offşor, eləcə də onşor yataqlardakı neft və qazma şlamı, lay suları, eləcə də neft-qaz sənayesi müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların başqa növləri utilizasiya ediləcək.

Dünya standartlarına uyğun mərkəzin yaradılması zərurəti 1985-ci ildən mövcud olan tullantı anbarının artıq bu məqsədlər üçün yaramaması ilə əlaqədar yaranıb.

Neft Tullantılarının Utilizasiyası və İdarəetmə Mərkəzinin tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılması üçün ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycana 572,068 min dollar məbləğində qrant verib.

Layihənin ilkin dəyəri 60 milyon manatdır.

 

Tarix
21 Oktyabr 2014 [20:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin