Belçika Ukraynaya 32,4 milyon avro dəyərində sursat verəcək

21:31 - 9 İyun 2023 - DÜNYA

Belçika Ukraynaya 32,4 milyon avro dəyərində 105 mm-lik sursat təhvil verəcək.

Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Belçika Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Məlumata görə, Belçika Ukraynaya 32,4 milyon avro dəyərində 105 millimetrlik artilleriya mərmiləri ötürmək niyyətində olduğunu açıqlayıb.

Sursat Belçika sənayesindən alınacaq və mümkün qədər tez çatdırılacaq.

Nazirlik xatırladıb ki, Belçika artıq Ukraynaya 306 milyon avro məbləğində yardım edib.

Xəbər xətti