Yaponiya Ukraynaya 5 milyon dollar yardım edəcək

11:59 - 9 İyun 2023 - DÜNYA

Yaponiya Kaxovka Su Elektrik Stansiyasının dağıdılması nəticəsində zərər çəkənlərə yardım üçün Ukraynaya 5 milyon dollar verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib. Yaponiyanın baş naziri Fumio Kişida cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb və o, Tokionun Kaxovka SES-in dağıdılması nəticəsində zərər çəkənlərə yardım üçün Ukrayna tərəfinə 5 milyon dollar yardım edəcəyini bildirib.

Baş nazir bildirib ki, Yaponiya beynəlxalq təşkilatlar vasitəsilə yaxın gələcəkdə daşqın qurbanlarına Ukraynaya 5 milyon dollarlıq təcili humanitar yardım göndərməyi planlaşdırır.

Xəbər xətti