Naxçıvanda qadın sürücü ağır qəzaya səbəb oldu

17:57 - 8 İyun 2023 - HADİSƏ

Naxçıvan Muxtar Respublikasında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonunun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şərur rayonunun Çəmənli kənd sakini 1985-ci il təvəllüdlü Gülay Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil həmin rayonun Kosacan kənd sakini 1988-ci il təvəllüdlü Ağa Tağıyevə məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində sürücü Gülay Əsədova xəsarət alıb və o, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti